Aniko Pelle (28 sentyabr 1978, Budapeşt) — Macarıstanı və İtaliyanı təmsil edən su poloçusu.[1]
Aniko Pelle | |||||||
---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||
Tam adı | Aniko Pelle | ||||||
Vətəndaşlığı | İtaliya | ||||||
Doğum tarixi | |||||||
Boyu | 186 sm. | ||||||
Su poloçusu məlumatları | |||||||
Mövqeyi | Oyunçu | ||||||
Karyerası | |||||||
|
Aniko Pelle, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu.
Daha sonra Aniko Pelle, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Aniko Pelle, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.