Termodinamikanın üçüncü qanunu və ya Termodinamikanın üçüncü başlanğıcı - temperaturun tam sıfra yaxınlaşan zaman entropiyanın vəziyyətini təyin edən fiziki prinsipdir.[1]
İlk dəfə Termodinamikanın üçüncü qanunu alman kimyaçı alimi Valter Herman Nernst (1864-1941) tərəfindən yaradılmışdır. Termodinamikanın üçüncü qanununun[2] Maks Plank tərəfindən verilən şərhində deyilir:
"mütləq sıfır temperaturda sistemin ola biləcəyi bütün tarazlıq hallarında entropiya dəyişməz qalır"
və ya
burada — müxtəlif termodinamik parametrdir.
Termodinamikanın üçüncü qanunu Nernst tərəfindən empirik üsulla müəyyənləşdirilmişdir. Bu səbəbdən bir çox ədəbiyyatlarda bu qanun "Nernstin istilik teoremi" adlandırılır.