Ternate

Ternate (ind. Pulau Ternate) — Molukk adalarına daxil olan və İndoneziyanın şərqində yerləşir. Halmaheranın qərbində möve tutur. Keçmişdə Ternate sultanlığının mərkəzi olmuşdur.

Terante adası
ind. Pulau Ternate,
Ümumi məlumatlar
Sahəsi 75 km²
Hündür nöqtəsi 1715 m
Əhalisi 145.143 nəfər (2003-cü il)
Yerləşməsi
0°47′00″ şm. e. 127°22′00″ ş. u.HGYO
Ölkə  İndoneziya
Terante adası xəritədə
Terante adası
Terante adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qonşu Tidore adası kimi konusvari formaya malikdir. Müsəlman sultanlığı uzun sürən hakimiyyətə malik olmuşdur. Mıxək istehsalından böyük miqdarda gəlir əldə edilirdi. Bu ədvadan əldə edilən gəlir sultanlığın çiçəklənməsinə səbəb olmuşdur. Ternate sultanlığı[1] Molukk adalarının çoxuna təsir güçünə malik olmuşdur.

Hazırda adada yerləşən Ternate şəhəri Şimali Maluk vilayətinin mərkəzidir.

Adada hazırda fəaliyyətdə olan Qamalama vulkanı vardır (1715 м). Vulkan 1840-cı ildə adanın qərb hisdəsinin böyük ərazisini dağıtmışdır. XX əsrin sonlarına yaxın (1980, 1983 və 1994) bir necə dəfə püskürmə baş vermişfir. Hazırda adanın sagəsi 76 km² təşkil edir. 2003-ci il məlumatına gör adada 145 143 insan yaşayır.

Adanın şimal-şərqində aeroport vardır. .

Batu Anqus adlı lava novu adanın şimal-şərqində yerləşir. Seysmik cəhətdən aktiv bölgədə yerləşir. Tez-tez vulkan püskürmələri və zəlzələlər baş verir.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Ternate dörd rayona bölünür:

  • Palau Ternate
  • Monti
  • Şimali Ternate
  • Cənubi Ternate.

İnzibati cəhətdən mətkəzi Ternate şəhəridir. Ternate Şimali Maluku vilayətinin mərkəzidir.

Ternate siti (ind. Kota Ternate) hava limanından 10 km aralıda yerləşir. Vilsyətin ən iri şəhəridir[2]. Sultanın sarayı 1796-cı ildə inşa edilmişdir. Hazırda burada muzey fəaliyyət göstərir. Böyük dəniz limanı hollandlar tərəfindən inşa edilmişdir.

Hava əlaqəsi adada yerləşən və sultan Babulli adını daşıyan hava limanıdır. Bura hava əlaqələri Lion Air, Merpati Nusantara Airlines, Garuda Indonesia, Batavia AirSriwijaya Air şirkətləri ilə həyata keçirilir. Üstəlik digər adalarla əlaqə dəniz limanı ilə də yaradılır.

  1. Ricklefs, M.C. A History of Modern Indonesia Since c.1300, 2nd Edition. London: MacMillan. 1993. səh. 24. ISBN 0-333-57689-6.
  2. Witton, Patrick. Indonesia. Melbourne: Lonely Planet. 2003. 821–822. ISBN 1-74059-154-2.