Terror arxivləri

"Terror arxivləri" (isp. Archivos del Terror) — 22 dekabr 1992-ci ildə hüquqşünas və insan haqları aktivisti Martin Almada və hakim Xose Aqustin Fernandes tərəfindən Paraqvayın paytaxtı Asunsyon yaxınlığındakı Lambare qəsəbəsinin polis məntəqəsində tapılmışdır.[1] Fernandes, burada keçmiş məhbus barəsindəki sənədləri axtarırdı. Əvəzində isə Argentina, Boliviya, Braziliya, Çili, Paraqvay və Uruqvay xüsusi xidmət orqanları tərəfindən gizlincə oğurlanan, işgəncə verilən və öldürülən minlərlə Latın Amerikalının taleyi barədə arxivləri tapdı. Həmin hadisələr Kondor əməliyyatı adı ilə tanınır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]