Terror hadisələri syahısı 1977-ci ildə 1977-ci ildə törədilmiş terror aktlarının siyahısı
- 2 may Beyrut Livan Erməni terrorçuları Türkiyənin hərbi attaşesi Nahit Qaraqayanın və inzibati təsərrüfatı məsələləri üzrə attaşesi İlham Özbakanın avtomobillərini atəşə tutmuşlar. Məsuliyyəti ASALA erməni terror təşkilatı öz üzərinə götürmüşdür.
- 14 may Paris Fransa Türkiyənin Beyrutdakı Turizm bürosunun binasında törədilən partlayış nəticəsində 1 nəfər yaralanmışdır. Partlayışa görə məsuliyyəti Yeni erməni müqaviməti ilə Gənclərin Çıxışları adlı erməni terror təşkilatları öz üzərlərinə götürmüşdür.
- 29 may İstanbul Türkiyə Yeşilköy hava limanında və Sirkeci vağzalında bombaların partlaması nəticəsində 6 nəfər həlak olmuş və 52 nəfər yaralanmışdır. Terror aktlarına görə məsuliyyəti 29 may erməni terror təşkilatı öz üzərinə götürmüşdür.
- 6 iyun Sürix İsveçrə Hüseyn Bülbül adlı türk vətəndaşına məxsus mağaza partladılmışdır.
- 9 iyun Vatikan Türkiyənin Vatikandakı səfiri Taha Carima öz iqamətgahı qarşısında iki terrorçu tərəfindən öldürülmüşdür. CSAQ erməni terror təşkilatı Beyrutdakı informasiya agentliyinə zəng vuraraq cinayətə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
- 4 oktyabr Los-Anceles Kaliforniya Amerika Birləşmiş Ştatları Amerika professoru milliyyətçə yəhudi Stenford Şounun evi qarşısında bomba partlamışdır. Bunun nəticəsində bina xeyli dağılmışdır. Professor Şou möcizə sayəsində sağ qalmışdır. Cinayətə görə məsuliyyəti Erməni qrupu 28 terror təşkilatı öz üzərinə götürmüşdür.
- 2 iyun Böyük Britaniya Terrorçular iki polis əməkdaşını öldürmüşlər.
- 24 iyul Amerika Birləşmiş Ştatları Bir ev partladılmışdır.
- 30 iyul Almaniya Federativ Respublikası Terrorçular bir bank rəhbərini qətlə yetirmişlər.
- 3 avqust Amerika Birləşmiş Ştatları ABŞ Müdafiə Departamentinin ofislərinin partladılması nəticəsində 6 nəfər həlak olmuş
- 19 dekabr Paris Fransa Lüks ərzaq mağazası partladılmışdır.