Tetrafobiya (q.yun. τετράς — «dörd» və φόβος — «qorxu») — 4 rəqəminə irrasional qorxu. Bu, adətən qərəz hesab olunur. Bu mövhumata əsasən Çin, Yaponiya və Koreya kimi Şərqi Asiya ölkələrində rast gəlinir.[1] Fobiyanın səbəbi "dörd" üçün olan Çin heroqlifinin tələffüz edilməsindədir: "sı" ( çin. 四), demək olar ki, "ölüm" (死) sözləri ilə eynidır, onlar yalnız tonlarda fərqlənirlər. Bu sözlər tələffüzdə kiçik dəyişikliklərlə Koreya və yapon dillərinə Çin dilindən gəlmişdir.
"Nokia" Asiya bazarları üçün nəzərdə tutulan mobil telefon modellərinin adlarında 4 rəqəmindən istifadə etmir.
Qərb dünyasında oxşar, lakin daha çox yayılmış 13 rəqəminə qorxu "triskaidekafobiya" adlanır. Əfqanıstanda 39 rəqəminə mənfi münasibət geniş yayılmışdır.[2]