Elmlər namizədi (rus. кандидат наук) — elmi dərəcə.[1][2]
Bir sıra MDB ölkələrində elmlər namizədi elmi dərəcəsi namizədlik imtahanlarını müvəffəqiyyətlə verən və açıq şəkildə namizədlik dissertasiyası müdafiə edən ali təhsilli şəxslərə verilir. Bu dərəcə ali məktəblərin (fakültələrin), yaxud elmi-tədqiqat müəssisələrinin ixtisaslaşdırılmış elmi şuralarının təqdimatı əsasında Ali Attestasiya Komissiyasında təsdiq olunur.
Bir çox Avropa ölkələrində, o cümlədən Azərbaycanda elmlər namizədi alimlik dərəcəsinin adı dəyişdirilərək fəlsəfə doktoru adı ilə əvəz olunub.[3]