Texnion – İsrail Texnoloji İnstitutu (ivr. הטכניון - מכון טכנולוגי לישראל) — İsrailin Hayfa şəhərində universitet. İsrailin ən qədim və nüfuzlu universitetlərindən biri. Texnion dünya universitetlərinin və mühəndis məktəblərinin reytinqində yüksək yerlərdən birini tutur[3][4].
Texnion | |
---|---|
הטכניון - מכון טכנולוגי לישראל | |
32°46′39″ şm. e. 35°01′18″ ş. u. | |
Əsası qoyulub | 1924 |
Tələbə sayı | 13.703[1] |
Ölkə | |
Sayt | technion.ac.il |
Vikianbarda əlaqəli mediafayllar |
Texnionun ilk binasının inşası 1913-cü ildə başlayıb, universitet 1924-cü ildə açılıb. Binanın memarı Aleksandr Bervalddır. Bina Hayfada karmel dağının ətəyində yerləşir. İlk açılışında yeganə fakültəsi mülki tikinti fakültəsi olub. Rəsmi tədris dili ivrit dilidir. Universitetin açılışında müəllimlərin əksəriyyəti Mərkəzi Avropadan olduqlarına görə, tədris dili kimi alman dili də təklif edilirdi.