Texnogen landşaft — müasir güclü texnikadan istifadə etməklə strukturası və forması insanın təsərrüfat fəaliyyəti nəticəsində yaranan antropogen landşaftın müxtəlif növləridir. İnsanın təsiri birbaşa (torpağın, bitkinin, yerin üst qatının, sənaye, məişət, tikinti, neft tullantıları ilə yerin səthin tutulması, su ilə basdırılması) və dolayı yolla (suyun, torpağın, atmosferin sənaye tullantıları ilə çirklənməsi və dəyişməsi) ola bilər[1].