Torpağın ekoloji funksiyaları

İ.A.Krupenikov, V.A.Kovda (1985), Q.V.Dobrovolski, Y.D.Nikitin (1990) və özünün (Krupenikov, 1992) elmi işlərinə və ələrinə əsaslanaraq torpağın aşağıdakı əsas ekoloji funksiyalarını göstərir[1].

Energetik funksiya

[redaktə | mənbəni redaktə et]

Energetik funksiya - Enerjinin çox miqdarı torpağın mineral səsində toplanır, lakin bu enerji olduqca stabil olub onun məhsuldarlığını təmin edir, maddələrin dövranı proseslərində və ekosistemlərin bioloji məhsuldarlığında isə nisbətən az iştirak edir. Digər mühüm məsələ odur ki, bitki fotosintez prosesində günəş enerjisini toplayır. Canlı maddədə onun dövranı tez (bir neçə il, on illər) başa çatır, lakin canlı maddə ölmüş, quru (bitki) halında torpağa düşdükdə qismən ilkin son məhsullara (su, CO2, azot və başqa kimyəvi maddələr) qədər parçalanır, qismən isə humusa çevrilir. Humusda böyük (əsrliklər) enerji ehtiyatı cəmləşərək hər il bioloji dövrandan kənarlaşır və beləliklə torpağın güclü enerji potensialı yaranır.

Hidroloji funksiya.

[redaktə | mənbəni redaktə et]

Hidroloji funksiya - Əgər torpaq olmasaydı okeanla quru arasında suyun dövranı tez başa çatardı. Yer səthinə düşən atmosfer yağıntıları yamac boyu böyük sürətlə axıb çaylara, sonra isə dəniz və okeanlara axıb gedərdi. Özünün humusluluğu, strukturluğu (aqreqatlığı), məsaməliyi, sukeçiriciliyi və rütubət tutumu ilə torpaq suyun dövranını kəskin zəiflədir, müntəzəmləşdirir, quruda suyun böyük və geniş differensial ehtiyatının yaranmasına şərait yaradır. Bu sular tədricən yabanı və mədəni bitkilər tərəfindən istifadə olunur. Suyun bir hissəsi faydasız fiziki buxarlanmaya sərf olunur. Torpağın hidroloji və energetik funksiyaları arasında birbaşa əlaqə vardır, torpaqda nə qədər çox (müəyyən həddə qədər) enerji toplanarsa, onun hidroloji funksiyası da artar, öuraaa da torpağın humusu müəyyən rola malikdir. Qumlu və torflu torpaqlar istisnalıq təşkil edir.

Geoloji funksiya

[redaktə | mənbəni redaktə et]

Geoloji funksiya - bir-birinə əks olan iki proseslə ifadə olunur. Birinci, bu funksiya sayəsində torpaq davamlı təbii törəmə kimi alt qatda yerləşən yumşaq dağ süxurlarını istənilən xarakterli (yuyulma, uçqun) dağılmaqdan qoruyur. İkinci, torpaq dağıldıqda mexa-niki təsirlərin gücü (qravitasiya, külək, xüsusən axar sular) nəticəsində aparılan torpaq materialından yeni - delyuvial, hətta prolyuvial dağ süxurlan əmələ gəlir, onlar bir qədər dəyişilmiş şəkildə torpağın bir çox xassələrini özündə saxlayır. Lakin dağıdıcı proseslər davam etdikdə «qalıq» torpaq xassələri də zəifləyir. Torpaq kütləsinin bir hissəsi eroziya (denudasiya) zamanı dəniz və okeanlara çataraq dəniz çöküntü materialı əmələ gətirir.

Torpağın qaz-atmosfer funksiyası

[redaktə | mənbəni redaktə et]

Torpağın qaz-atmosfer funksiyası -mürəkkəb və bir-birinə zidd xarakter daşıyır. Üzvi maddələrin parçalanması zamanı bioloji dövran prosesində torpaq atmosferə karbon qazı (CO2) ayınr. 0, bitkilər tərəfindən fotosintez üçün sitifadə edilir. Əgər atmosfer və torpaq arasında daim hava mübadiləsi getməsəydi, torpaqda oksigenin ehtiyatı cəmi 12-48 saata, ən zəngin torpaqlarda isə maksimum 100 saata çatardı. Belə yüksək sürətli qarşılıqlı mübadiləyə baxmayaraq, torpağın havası bir sıra göstəricilərinə görə atmosfer havasından fərqlənib, tərkibində 10-100 dəfə çox karbon qazı və xeyli az miqdarda oksigen saxlayır.

Torpağın bioloji funksiyası

[redaktə | mənbəni redaktə et]

Torpağın bioloji funksiyası - onun canlı orqanizmlərinin, mezo və mikrofaunasının kəmiyyətcə xarakteristikası ilə səciyyələnir. Mikroorqanizmlər aktinomisetlər (şüalı göbələklər), bakteriyalar, azot bakteriyaları və mezofauna (o cümlədən torpaq soxulcanı) miqdarına görə müxtəlif torpaq tipləri bir-birindən kəskin aynlır. Bütün bu canlı orqanizmlər torpaqəmələgəlmə proseslərində, torpağın münbitliyində böyük rol oynayır.

Biogeokimyəvi funksiya

[redaktə | mənbəni redaktə et]

Biogeokimyəvi funksiya -torpağın üst qatlarında biofıl, elementlər, o cümlədən mikroelementlərin toplanmasına şərait yaradır, torpağın akkumulyasiya rolu olmasaydı, onların çoxu yer qabığında və hidrosferdə «səpələnər» və biologi dövrandan çıxardı. Bu fikri dəfələrlə Vemadski (1967) irəli sürmüşdür. Torpaqda üzvi karbon humus formasında konsentrasiya olunur. Biofıl element olan azotun miqdan (ümumi azot) humus kimi torpağın aşağı qatlarına doğru azalır. Fosfor mühüm və çox defısit biofıl ve aqrofıl element hesab[ olunur. O, canlı orqanizmələr -bitki, heyvan, insan tərəfindən çox ’ istifadə edilir, lakin filiz kimi ehtiyatı olduqca azdır.

Torpağın informasiya funksiyası.

[redaktə | mənbəni redaktə et]

Torpağın informasiya funksiyası -Torağın profilində həm müasir, həm də qədim torpaq proseslərinin «dəlillərini» (izlərini) görmək olar. Müasir proseslərə torpağın islanma dərinliyi, rütubətliyi, strukturu, biogenliyi və s., qədim proseslərə isə torpağın qalınlığı, humusun ehtiyatı; karbonatlar, gömülmüş horizontlar və s.aiddir. Qədim «dəlillərə» əsasən torpağın tarixini, onun keçdiyi mərhələləri, hazırda şumlanan torpaqların vaxtilə meşə altında olmasını bərpa etmək, yəni, ərazinin qədim landşaftının qanunauyğun paleocoğrafi rekonstruksiyasını keçirmək olar.

  1. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühit Bakı 2003