Teymur Ənvər oğlu Göyçayev (d. 11 avqust 1958) — Azərbaycan dirijoru, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri, Azərbaycan Respubikasının xalq artisti.Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən).Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru.
Teymur Göyçayev | |
---|---|
Teymur Ənvər oğlu Göyçayev | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, bəstəkar |
Fəaliyyət illəri | 1985– |
Musiqi alətləri | fortepiano, skripka |
Təhsili | |
Mükafatları |
|
T.Göyçayev Bakı Musiqi Akademiyasının simli alətlər fakültəsini (skripka üzrə) 1981-ci ildə fərqlənmə diplomu ilə bitirmiş, 1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsində iştirak etmiş və laureat adı qazanmışdır. Sənətçi kimi Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrində artist işləmiş, 1986-cı ildən Bülbül adına orta ixtisas musiqi məktəbində, daha sonralar Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir.
1998-ci ildən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin bədii rəhbəridir.
2000-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2005-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adını almışdır. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[1] 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3] 1 may 2017-ci ildə[4], 9 may 2018-ci ildə[5] və 10 may 2019-cu ildə[6] Prezident Mükafatına layiq görülmüşdür.
10 may 2014-cü ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.[7]
10 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.[8]
7 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[9]
2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.[10]