Teymur Sadıqov (15 may 1974, Fəxralı, Qasım İsmayılov rayonu – 9 may 1994, Tap Qaraqoyunlu, Goranboy rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ müharibəsi şəhidi.[1]
Teymur Sadıqov | |
---|---|
Teymur Alim oğlu Sadıqov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 may 1974 |
Doğum yeri | |
Vəfat tarixi | 9 may 1994 (19 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Respublikası, Azərbaycan Silahlı Qüvvələri |
Xidmət illəri | 1993-cü ildən |
Rütbəsi | əsgər |
Teymur Sadıqov 15 may 1974-cü ildə Qasım İsmayılov (indiki Goranboy rayonu) rayonunun Fəxralı kəndində anadan olmuşdur. Faxralı kənd orta məktəbini bitirdikdən sonra Gəncə Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1993-cü ildə Goranboy rayonunun Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 9 may 1994-cü il tarixində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi uğrunda gedən döyüşlərdə mərmi partlayışı nəticəsində aldığı ağır qəlpə yaralarından şəhid olmuşdur. Fəxralı kəndində dəfn edilib. Subay idi.[2]
Goranboy rayonu Faxralı kənd tam orta məktəbi şəhid Teymur Sadıqovun adını daşıyır.[3]
Goranboy rayonu Fəxralı kəndinin mərkəzində şəhidlərə abidə qoyulmuşdur.
Goranboy rayonu Fəxralı kənd küçələrinin biri Teymur Sadıqov adlanır.[4]