Teymur Vəliyev

Teymur Vəliyev (Vəliyev Teymur Süleyman oğlu; d. 15 yanvar 1926, Ağdam rayonu – v. 3 aprel 2002) — görkəmli Azərbaycan iqtisadçısı, AMEA-nın müxbir üzvü (1983), Əməkdar elm xadimi (1981).[1]

Teymur Vəliyev
Teymur Süleyman oğlu Vəliyev
Doğum tarixi
Doğum yeri Ağdam rayonu, Azərbaycan Respublikası
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan Respublikası
Fəaliyyəti iqtisadçı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı

Teymur Süleyman oğlu Vəliyev 1947-1951-ci illərdə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1966-cı ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitututunda yenicə yaradılmış İxtisaslaşdırılmış Müdafiə Şurasında doktorluq dissertasiyası müdafiə edən birinci, respublikada iqtisadiyyat üzrə doktorluq dissertasiyası müdafiə edən ikinci alim idi.[1]

Yardıcılıq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Teymur Vəliyevin 50 çap vərəqindən çox olan 200-ə qədər elmi əsərin müəllifi olmuşdur. Onun elmi rəhbərliyi ilə 20 nəfərdən çox elmlər doktoru və namizədi dissertasiya müdafiə etmişdir. Azərbaycan Siyasi İqtisad (iqtisadi nəzəriyyə) elmi məktəbinə uzun müddət rəhbərlik etmişdir. [1]İqtisadi inkişaf səviyyələrinin tarazlaşmış qanunauyğunluqlarını aşkar etməklə bunları ədalətin, humanizmin əlaməti kimi xarakterizə etmişdir. Onun əmək bölgüsü haqqında mülahizələri sosializmin və bazar, sosializm və əmtəə-pul münasibətləri kimi o dövrün aktual məsələlərinə aydınlıq gətirir. İqtisad elminin yeni prinsiplər və tələblər səviyyəsində inkişafının ilk təşəbbüslərindən biridir.

1995-ci ildə çoxsaylı dərsliklərin, o cümlədən Azərbaycanda ilk iqtisadi nəzəriyyə dərsliyinin redaktoru və müəlliflərindən biri olmuşdur.[1] Uzun müddət bir sıra iqtisadi jurnalların, 1972-1987-ci illərdə isə mötəbər "Экономические науки" jurnalının redaksiya heyətinin üzvü olmuşdur.

Monoqrafiyaları

[redaktə | mənbəni redaktə et]
  • "Sovet respublikasının iqtisadi inkişaf səviyyələrinin tarazlaşması qanunauyğunluqları"
  • "Sosialist ictimai ərazi əmək bölgüsü"
  • "Yetkin sosializm iqtisadiyyatının dinamik inkişafı"
  • "Azərbaycan iqtisadi fikir tarixi"
  • "İqtisad elminin nəzəri əsaslarının tarixi təkamülü"
  • "İnfrastrukturlar: mahiyyətti, təsnifatı və əhəmiyyəti"[2]
  • SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı
  • Azərbaycan Respublikası Əməkdar elm xadimi fəxri adı
  1. 1 2 3 4 5 "Vəliyev Teymur Süleyman oğlu" (Azərbaycan). science.gov.az. 1-7-2021 tarixində arxivləşdirilib.
  2. ZİYAD ƏLİABBAS oğlu SƏMƏDZADƏ. BÖYÜK İQTİSADİ ENSİKLOPEDİYA (PDF). V SŞTUÜVYZ. Bakı. 2012. səh. 333-334.
  • Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883-1993). I kitab. Bakı, 2016