Yozef Şumpeter

Yozef Aloiz Şumpeter (ing. Joseph Aloïs Schumpeter; 8 fevral 1883[1][2][…]8 yanvar 1950[3][1][…], Konnektikut[5])[6] — amerikalı və avstriyalı siyasi iqtisadiyyatçı, Avstriya Maliyyə Naziri.

Yozef Şumpeter
alm. Joseph Schumpeter
Doğum adı Joseph Alois Schumpeter
Doğum tarixi 8 fevral 1883(1883-02-08)[1][2][…]
Vəfat tarixi 8 yanvar 1950(1950-01-08)[3][1][…] (66 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması[d]
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Elmi rəhbərləri Oygen fon Bem-Baverk, Fridrix fon Vizer
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yozef Aloiz Şumpeter 8 fevral 1883-cü ildə Avstriyada anadan olmuşdur. 1930-cu illərdə ABŞ-yə mühacirətə getmişdi və həyatının sonuna kimi Harvard Universitetinin professoru olmuşdur. 1901-1906-cı illərdə Vyana Universitetində təhsil almışdır.

1909-1911-ci illərdə Çemovitsk Universitetində professor, 1919-1920-ci illərdə Avstriyanın maliyyə naziri, Reyn və Harvard Universitetlərinin professoru, 1940-1941-ci illərdə İqtisadi cəmiyyətin prezidenti, 1948-ci ildə Amerika İqtisadçılar Assosiasiyasının prezidenti olmuşdur.

Şumpeter XX əsr iqtisad elminin dahilərindən biridir. Onun iqtisadi proseslərə möhtəşəm baxışı Adam SmitKarl Marksın baxışları ilə müqayisə oluna bilər. Şumpeterin əsərləri mövzu dairəsinə görə xeyli genişliyi ilə fərqlənir. O, artım konyunkturası problemlərini, iqtisadi təlimlər tarixini və iqtisadi sistemləri tədqiq etmişdir.

Şumpeter öz əsərlərində iqtisadi həyatın bütövlüyünü və qarşılıqlı əlaqəsini göstərməyə cəhd edirdi. İqtisadi dinamika və tsikllər konsepsiyası ona məxsusdur və burada sahibkarlıq funksiyası mərkəzi yer tutur. 28 yaşında yazdığı “İqtisadi inkişaf nəzəriyyəsi” (1912) kitabında o, K.Marksın təsvir etdiyi parazit həyat tərzinə uyğunlaşmış xəsis kapitalistin əvəzinə dinamik və yeniliklərə meyilli yeni bir sahibkarı ön plana çəkdi. Belə sahibkar texniki tərəqqi prosesinə, kapitaldan istifadənin səmərəliliyinə, mənfəətin əldə olunmasına çalışır.

Şumpeterə görə, məhz sahibkarlar istehsal amillərindən istifadə yeni kombinasiyalarını ixtira edərək iqtisadiyyatın artımını və təsərrüfat metamorfozlarını doğurur. O, iqtisadi prosesdə ən mühüm rol kimi öz-özlüyündə təkcə artımı yox, həm də xeyli dərəcədə sərbəst yaradıcılıq prosesində köhnənin yeni ilə əvəz edilməsinə gətirib çıxaran dəyişiklikləri və innovasiyalan ayırırdı. Şumpeter institusional dəyişikliklər və texnoloji innovasiyalar əsasında əldə olunan iqtisadi inkişafın hərəkətverici qüvvəsi kimi səmərəli rəqabət nəzəriyyəsini işləyib hazırlamışdır. O, iqtisadi artımın tsiklliyini qanunauyğunluqlar kimi nəzərdən keçirirdi. Hərçənd ki, onun məntiqinə uyğun olaraq böhranlar labüd deyil. Onlar yüksəlişin qanunauyğun surətdə dayanmasına hay-küylə cavab verməsi nəticəsində yaranır. Tsikllər nəzəriyyəsində kreditə mühüm rol ayrılır. Kredit iqtisadi dövriyyəyə əlavə resursların və elmi yeniliklərin cəlb edilməsi imkanını yaradır. Tədqiqatlar nəticəsində Şumpeter belə bir nəticəyə gəlmişdi ki, xüsusi sahibkarlıq kapitalizminin dövlətin tənzimlədiyi iqtisadi inkişaf sisteminə transformasiya olunması labüddür.

1919-cu ildə qısa müddətlik Avstriya Maliyyə Naziri vəzifəsini tutmuşdur. 1932-ci ildə karyerasının sonuna qədər fəaliyyət göstərəcəyi Harvard Universitetində professor olmuş və ABŞ vətəndaşı olmuşdur.

Şumpeter 20-ci əsrin ən vacib iqtisadçılarından biri kimi qəbul edilir və iqtisadiyyatda "yaradıcı yıxım" termini ilə məşhurlaşmışdır.[7][8]

İndi onun adına muzey olan Şumpeterin Trşeştidə anadan olduğu ev.
  • 1986-cı ildə alimin şərəfinə “Yozef Şumpeterin beynəlxalq cəmiyyəti”, 2001-ci ildə Berlində Şumpeter İnstitutu yaradılmışdır. Alimin şəxsi kitabxanasının bir qismi Tokionun Xitotsubasi Universitetində saxlanılır.
  • 2004-cü ildə Çex Respublikasının Prezidenti Vatslav Klaus, iqtisadçının anadan olduğu evdə (Trşeşt şəhərində) Şumpeter Muzeyini açdı.
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Joseph Schumpeter // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Шумпетер Йозеф // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.
  5. 1 2 Schumpeter, Joseph Alois, 1883-1950 // regional database of the Regional Library of Highlands (çeş.).
  6. Joseph Alois Schumpeter: Biography // Concise Encyclopedia of Economics (2nd). Econlib.org Liberty Fund. 2008. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-18.
  7. "Thomas M. Humphrey". Libertarianism.org (ingilis). 12 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 May 2019.
  8. Stone, Brad; Vance, Ashlee. "$200 Laptops Break a Business Model". New York Times. January 25, 2009. 2019-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-21. Indeed, Silicon Valley may be one of the few places where businesses are still aware of the ideas of Josephine Schumpeter, an economist from Austria who wrote about business cycles during the first half of the last century. He said the lifeblood of capitalism was 'creative destruction.' Companies rising and falling would unleash innovation and in the end make the economy stronger.