Teyyub Arıx oğlu Quliyev (4 oktyabr 1976, Qoyunbinəsi, Yevlax rayonu) — Azərbaycan dilçisi, dil nəzəriyyəçisi, altayşünas, türkoloq.
Teyyub Quliyev |
---|
Teyyub Arıx oğlu Quliyev |
|
Doğum tarixi |
4 oktyabr 1976(1976-10-04) (48 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı |
Azərbaycan |
Milliyyəti |
azərbaycanlı |
Elm sahələri |
Ümumi dilçilik, dil tarixi, türkologiya, altayşünaslıq, nostratik dilçilik |
Elmi dərəcəsi |
filologiya elmləri üzrə fəlsəfə doktoru |
Elmi adı |
dosent |
İş yeri |
|
Təhsili |
|
Elmi rəhbəri |
Məsud Mahmudov |
Teyyub Quliyev 1976-cı ildə Yevlax rayonunda doğulmuşdur. 1999-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999–2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri və tətbiqi dilçilik şöbəsinin əyani aspiranturasında oxumuşdur. 2004-cü ildə "İltisaqi dillər və dil qohumluğu məsələsi (Altay dillərinin materialları əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Azərbaycanda altayşünaslığa aid ilk elmi monoqrafiyanın müəllifidir. 2012–2013-cü illərdə Dilçilik İnstitutunun Nəzəri və tətbiqi dilçilik şöbəsinin, 2013-cü ildən 2016-cı ilə qədər Dil tarixi və dialektologiya şöbəsinin müdiri olmuşdur. 2016-cı ildən yeni yaradılmış Azərbaycan dilinin tarixi şöbəsinin aparıcı elmi işçisi işləmişdir. Hal-hazırda həmin şöbənin müdiridir.
2004-cü ildən Bakı Slavyan Universitetinin Türkologiya kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. Hal-hazırda həmin kafedranın dosentidir.
- Nəzəri dilçilikdə dillərin təsnifi prinsipləri. AMEA-nın Gənc Alimlərinin (aspirantlarının) materialları, Bakı, "Elm", 2001
- Aqqlütinativ dillərin linqvistik xüsusiyyətləri. Tədqiqlər № 3, Bakı, 2002
- Dillərin qohumluğunun əsas prinsipləri. Elmi axtarışlar, VII toplu, 2002
- Altay dillərinin qohumluq prinsipləri. AMEA-nın Gənc Alimlərinin (aspirantlarının) materialları, Bakı, "Elm", 2003
- Altay dillərində şəxs və mənsubiyyət kateqoriyası. Tədqiqlər № 4, Bakı, 2003
- Altay dillərinin qohumluğu məsələsi, Bakı, "Nurlan", 2006 (monoqrafiya)
- Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, II cild.Karluq qrupu türk dillərinin leksikası. Bakı, "Nurlan", 2008 (kollektiv monoqrafiya)
- Altay dillərində cins kateqoriyası. BSU-nun Elmi əsərləri, Dil və ədəbiyyat seriyası № 2, Bakı 2006
- Müasir dilçilikdə monogenez problemi. Filologiya məsələləri, Bakı, "Nurlan", 2010
- Folklor terminləri. Bakı, "Nurlan", 2010
- Müasir dilçilikdə monogenez problemi. Filologiya məsələləri, Bakı, "Nurlan", 2011
- Azərbaycan dilçiliyi müntəxabatı, I cild, Bakı, "Abis Alarco" çap evi, 2013
- Qohum dillərdə leksik paralellik. Tədqiqlər 1, Bakı, "Elm və təhsil", 2013.
- Altay dillərində feilin funksional formaları. Dilçilik İnstitutunun əsərləri, Bakı, № 1, 2013
- Monogenez məsələsi elmlərin qovuşuğunda. BSU-nun Elmi əsərləri, Bakı, № 2, 2013
- Azərbaycan dilinin digər altay dilləri ilə müqayisəsi. Bakı, BSU, Ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" adlı Beynəlxalq konfransın materialları, 05–07 may 2014-cü il.
- Altayşünaslığa skeptik baxışın tarixi. AMEA Dilçilik İnstitutunun əsərləri, 2015, № 1
- İltisaqi dillərdə şəkilçilərin tipoloji müqayisəsi. Dil və ədəbiyyat, BDU, Beynəlxalq elmi-nəzəri jurnal, 4 (96), Bakı, 2015
- Bir daha skeptik altayşünaslar haqqında. Filologiya məsələləri, Bakı, "Elm və təhsil", 2015
- Müqayisəli-tarixi metod və protodillərin müqayisəsi. Tədqiqlər , Bakı, "Elm və təhsil", 2015
- I şəxs əvəzliyinin təkinin müqayisəli tipologiyası. I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş "Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağirişlar" mövzusunda Beynəlxalq konfransın materialları (II hissə) Bakı, 14–15 noyabr 2016-cı il
- Dünya dillərində işarə əvəzliklərinin homogenliyi məsələsi. Dilçilik İnstitutunun əsərləri, № 1, Bakı, 2016ə
- Sual əvəzliklərinin genetik və tipoloji müqayisəsi. Международная научно-практическая конференция "Литература и художественная культура тюркских народов в контексте Восток-Запад", Казань, 18–19 ноября 2016
- Sazın-sözün varisi. Bütöv Azərbaycan, № 27(311), 27 oktyabr 2016
- Şəxs əvəzliklərinin genezisi və tipologiyası (II və III şəxs əvəzlikləri). Dilçilik İnstitutunun əsərləri, № 1, Bakı, 2017, səh.35–43
- Azerbaijani language and nostratic theory. International Scientific Journal Theoretical & Applied Sciences. Technology and Education. Philadelphia, USA, 2017, 06 (50), səh.167–172