eBay — internet üzərindəki ən böyük hərrac üsulu alver saytıdır. 1995-ci ildə İran əsilli Pyer Omidyar tərəfindən qurulmuşdur.
EBay | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Korporasiya |
Sənaye | elektron ticarət, pərakəndə[1] |
Təsis tarixi | 3 sentyabr 1995, 1995[2] |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
Tərəfdaşlar | StumbleUpon, PayPal, Skype Technologies |
Rəhbərlik | |
Təsisçi | |
ebay.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Şirkət mərkəzi Amerika Birləşmiş Ştatları ilə yanaşı Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Honq Konq, Hindistan, İran, İrlandiya, İtaliya, Koreya, Malayziya, Meksika, Niderland, Yeni Zelandiya, Filippin, Sinqapur, İspaniya, İsveç, İsveçrə, Tayvan, İngiltərə və Türkiyədə də fəaliyyət göstərməkdədir.
Satıcı və alıcı arasında, məhsulu saytında nəşr edərək, vasitəçilik etməkdədir. Satılacaq məhsul üçün əvvəl siyahılama pulu və əgər məhsul satılsa bir də satış qiyməti üzərindən kəsilmə olmaq üzrə satıcını qiymətləndirər. Alıcı bağlanış qiyməti və ifadə edilən məktub ödənişi xaricində bir ödəniş ödəməz. Beynəlxalq pul göndərmək üçün ödəmə şəklinə və tərzinə görə vasitəçi təşkilata pul ödəmək lazım gəlmir.
Ən məşhur ödəmə şəkli PayPal olmaqla birlikdə Western Union, kredit kartları və banklar arası pul transferi də bəzi satıcılar tərəfindən qəbul edilməkdədir.
eBayda hər məhsulun satıcısı fərqli olduğundan hər təqdim edilən məhsulun tərifi və ödəmə şəkli müxtəlifdir. Ən çox problem bu sahədə olmaqla birlikdə, məktubda itmə və zərər görməyə qarşı sığorta, əgər təqdim edilmişsə, əlavə olunması tövsiyə edilər.
Hər alver sonrası, satıcı və alıcının qarşılıqlı bir-birlərinə bal vermələri (müsbət, neytral, mənfi) və qeyd yazmaları ilə əməliyyat edən kəslər üçün ümumi bir qənaət meydana gəlməkdədir. Bal vermə sistemi alverin riskini azaltmağı məqsəd qoymaqdadır. Zəruri deyil ancaq buraxılması tövsiyə edilər. Ümumiyyətlə, satıcı və alıcı məhsul çatdırılmasından sonra bir-birlərinə bal verərlər.
Alıcı bu xəbərdarlıq sonrası da ödəmə etməzsə satıcıya satış qiyməti üzərindən kəsilən ödəniş geri ödənər. Alıcı 3 ayrı xəbərdarlıq ilə sistemdən çıxardılar. Bu mənfi baldan ayrıdır.