The White Stripes

The White Stripes – 1997-ci ildə ABŞ-nin Detroyt ştatında qurulmuş rok duosu. Qrup Cek Vayt (bəstəkar, vokal, gitara, piano və mandolin) və Meq Vaytdan (zərb alətləri və vokal) ibarət idi. Detroyt musiqi səhnəsində bir neçə sinql və üç albom buraxdıqdan sonra, The White Stripes 2002-ci ildə qaraj rokunun canlanması səhnəsinin bir hissəsi kimi məşhurlaşdı. Onların uğurlu təqdirəlayiq albomları "White Blood Cells" və "Elephant" ABŞ və Böyük Britaniyada müxtəlif media orqanlarının diqqətini çəkdi. "Seven Nation Army" adlı sinqlları onların ən tanınan mahnılarından biri oldu. Qrup 2005-ci ildə Get Behind Me Satan və 2007-ci ildə Icky Thump adlı daha iki albom yazdı və səsyazmada uzun fasilədən sonra 2011-ci ildə dağıldı.[1]

The White Stripes
Loqonun şəkli
The White Stripes 2007-ci ilin iyununda O2 Wireless festivalında çıxış edərkən
The White Stripes 2007-ci ilin iyununda O2 Wireless festivalında çıxış edərkən
Əsas məlumatlar
Üslub qaraj rok canlanma
blüz rok
alternativ rok
pank blüz
indi-rok
Fəaliyyət illəri 1997–2011
Ölkə Detroyt, Miçiqan, ABŞ
Leybl Italy
Sympathy for the Record Industry
Sub Pop
XL
V2
Third Man
Warner Bros.
Keçmiş üzvlər Cek Vayt
Meq Vayt
whitestripes.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. "The White Stripes". thirdmanrecords.com. February 2, 2011. February 4, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2011.