Thomas Kuhn

Tomas Samuel Kun (18 İyul 1922 - 17 İyun 1996), Amerikalı, fizik, tarixçi və elm fəlsəfəçisi. Kunun ən əhəmiyyətli əsəri 1962-ci ildə yayımlanan Elmi İnqilabların Stukturu (The Structure of Scientific Revolutions) adlı kitabıdır. Bu kitab həm akademik ictimaiyyət həm də populyar elm dairələrdə böyük təsir buraxmış və "paradiqma dəyişimi" (paradigm shift) konseptini tanıtmışdır ki, o gündən bu yana tez-tez istifadə olunan bir ifadə halına gəlmişdir.

Thomas Kuhn
ing. Thomas Samuel Kuhn
Doğum tarixi 18 iyul 1922(1922-07-18)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 17 iyun 1996(1996-06-17)[2][3][…] (73 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər xərçəngi[4]
Vətəndaşlığı
İstiqaməti Avropa fəlsəfəsi
Əsas maraqları elmin fəlsəfəsi, analitik fəlsəfə, Elm tarixi
Təsirlənib Jan Piaje
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tomas Kun elmi bilginin inkişafı haqqında əhəmiyyətli töhfələr vermişdir. Kuna görə, elmi sahələr bir istiqamətdə və davamlı bir şəkildə inkişafdan çox mütəmadi olaraq paradiqma sürüşmələrindən təsirlənir və bu paradiqma sürüşmələri elm adamlarının daha öncə keçərli qəbul etmədikləri tezislərə qarşı yeni bir anlayışın ortaya çıxmasına səbəb olur. Bu səbəblə "elmi doğru" anlayışı hər hansı bir zamanda sadəcə tərəfsizlik meyyarı ilə təyin oluna bilməz; elm dairələrində fikir birliyi də elmi cəhətdən doğru fikrin yaranmasında eyni dərəcədə dəyərlidir. Rəqabət edən paradiqmalar çox zaman müqayisə edilməz, çünki paradiqmalar gerçəkliyin rəqabət edən və uzaqlaşdırıla bilməyən şərhləridir. Bu səbəblə elm anlayışımız əsla tamami ilə obyektivliyə dayana bilməz. Bütün obyektiv nəticə çıxarmalar, bu cür nəticə çıxarmaları ortaya qoyan araşdırmacıların və qatılımcıların şəxsi dünya görüşlərindən və istiqamətlərinin nəticəsində təsirləndiyi üçün elm şəxsi baxışları nəzərə almalıdır.

  • Bird, Alexander. Thomas Kuhn. Princeton and London: Princeton University Press and Acumen Press, 2000.
  • Fuller, Steve. Thomas Kuhn: A Philosophical History for Our Times. Chicago: University of Chicago Press, 2000.
  • Hoyningen-Huene, Paul. Reconstructing Scientific Revolutions: Thomas S. Kuhn's Philosophy of Science. Chicago: University of Chicago Press, 1993.
  • Kuhn, T.S. The Copernican Revolution. Cambridge: Harvard University Press, 1957.
  • Kuhn, T.S. The Structure of Scientific Revolutions. Chicago: University of Chicago Press, 1962.
  • Kuhn, T.S. The Essential Tension: Selected Studies in Scientific Tradition and Change. Chicago: University of Chicago Press, 1977.
  • Kuhn, T.S. Black-Body Theory and the Quantum Discontinuity, 1894-1912. Chicago: University of Chicago Press, 1987.
  • Kuhn, T.S. The Road Since Structure: Philosophical Essays, 1970-1993. Chicago: University of Chicago Press, 2000.

Burman, J. T. (2007). "Piaget No 'Remedy' for Kuhn, But the Two Should be Read Together: Comment on Tsou's 'Piaget vs. Kuhn on Scientific Progress'". Theory & Psychology. 17 (5), s. 721–732.[1]

  1. http://www.nytimes.com/1996/06/19/us/thomas-kuhn-73-devised-science-paradigm.html.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Societies A. C. o. L., Press O. U., Boersema D. B. Thomas S. Kuhn // Kuhn, Thomas S. (18 July 1922–17 June 1996), historian and philosopher of science (ing.). // American National Biography Online / S. Ware [New York]: Oxford University Press, 2017. ISSN 1470-6229 doi:10.1093/ANB/9780198606697.ARTICLE.1302606
  4. https://books.google.fr/books?id=FZq6CgAAQBAJ&printsec=copyright&redir_esc=y#v=onepage&q&f=false.