Tunbergiya (lat. Thunbergia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinə aid bitki cinsi.
Tunbergiya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Tunbergiya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Cinsə bir neçə növ daxildir. Onlardan gülçülükdə Qanadlı tunbergiya (Thunbergia alata) növü geniş yayılmışdır. Bu növdən yaşıllaşdırmada otaq bitkisi kimi də istifadə olunur. Bitkinin sarmaşan gövdələrinin uzunluğu 2,5 m-ə çatır. Çiçəklərin diametri 5 sm-dir, qıfaoxşar olub, rəngləri sarı, narıncı, açıq-sarı, darçını, ağızcıqlar isə tünd rəngdədir. Tunbergiyanı asılqan dibçəklərdə də becərmək olar. Tunbergiyanın şitillərini soyuqlar qurtarandan sonra əkirlər. Bitkilər arasındakı məsafə 45 sm-dir. Tunbergiya günəşli yerlərdə daha yaxşı inkişaf edir. Bitkilər inkişaf fazasına daxil olduqda onlara dayaq qoyulur.