Tibet tülküsü (lat. Vulpes ferrilata) — itkimilər dəstəsinə, tülkülər cinsinə aid növ.
Tibet tülküsü | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: ???: Tibet tülküsü |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
Mühafizə statusu | ||||||||||
Az qayğı tələb edənlər Least Concern (IUCN 3.1)Least Concern: 23061 |
||||||||||
|
Tibet tülküsü tülkülər arasında ən kiçik ölçülərinə malik olanıdır. Dişləri yaxşı inkişaf etmişdir. İri yırtıcı dişlərə sahibdir. Tülkünün dərisi qalın, sıx xəzlə örtülüdür. Bu xəz onu güçlü küləklərdən qorumağa imkan verir. Üz hissəsi ilk baxışda dördbucaqlı formadadır. Bunun bu cür olmasına səbəb boğaz ətrafında uzun tüklərinin olmasıdır. Böyür hissələri sarı-qəhvəyi rəngə çalır. Boğazdan qarın hissəsi də daxil olmaqla ağ rəngdə olur.
Yetkin tülkü 60 - 70 sm uzunluğa malik olur. Quyruğu 30 - 45 sm təşkil edir.
Bütün yetkin fərdlərin çəkisi 4 - 5,5 kiloqram arasında[3] dəyişir.
Kariotipi 36 xromosondur.
Tibet tülküsü əsasən Tibet yaylasının çöl və yarımsəhra zonasında yayılmışdır. Onlara üstəlik Nepalda, Şimal-qərbi Hindistanda, Çinin bir çox daxili rayonlarında, Tibet Muxtar vilayətində rast gəlinir. 2008-ci ildə araşdırmaçılar Tibet tülkülərini 5 200 yüksəkliklərdə müşahidə etmişlər. Ancaq bu növ tülküləri Ochotonalərin rast gəlindiyi ərazilərdə müşahidə etmək mümkünsüzdür. Səbəb isə onların bir-birinə, rəqib olmasıdır[4].
Tibet tülküləri yüksək dağlıq ərazilərdə ya iri daşların arasında, ya da dağlarda qazdıqları yuvalarda yaşayırıar. Olduqca gizli həyat sürülər. Qidalarını ovladıqdan sonra digər həmcinsinə belə gətirirlər. Qulaqları olduqca yaxşı inkişaf etmişdir. Əsasən ovda istifadə edilir. İy bilmə qabiliyyəti isə onların ərazilərini tanımağa xidmət edir. Onlar öz ərazilərini aktiv şəkildə qoruya bilirlər. Bununla belə ərazi bölğüsü aydın bilinmir. Onlar bir-birinin qonşuluğunda və hətta bir ərazidə bir necə çütlük yaşıya bilir.
2006-cı ilə qədər onları heç kəs videoya çəkə bilməmişdi. Səbəb isə onların əl çatmaz ərazilərdə yaşaması və ehtiyatlı həyat sürməsi olmuşdur. İlk dəfə BBC telekanalının çəkiliş qrupu onları lentə ala bilmişlər[5].
Bir çox araşdırmaçıların fikirinə görə bu növ tülkülər 8-10 il yaşayır. Ancaq onların böyük qismi müxtəlif səbəblərdən artıq beş yaşında həystını itirir.
Qidasının əsasını — Ochotona təşkil edir. Üstəlik onlar kiçik gəmiriciləri, kiçik quşları və onların yumurtalarını yerirlər. Qida rasionuna böcəklər, sürünənlər və giləmeyvələrdə daxildir.
Tibet tülküləeinin çoxalma dövrü fevraldan başlayır. Çütlüklər artıq birinci illərinin sonlarına yaxın çütləşirlər. Dişi və erkək balalara birgə baxır. Boğazlıq 50-60 gün; ortalama — 55 gün davam edir. Bala verdikdən bir necə həftə ərzində ana balaları tək etmir. 2-5 olmaqla, ətçə balalar doğulur. Balaların çəkisi cəmi 60-120 q təşkil edir. Doğulduqdan bir necı həftə ərzində ada balalara süd verir. Süd vermə dövrünün nəqədər çəkməsi bilinmir.
Bu tüklülərin dərisindən yerlilər papaq hazırlayır. Hansıkı insanı yağışdan və küləkdən qoruya bilir. Ancaq böyük kammersiya əhəmiyyəti yoxdur. Üstəlik onlar gəmiriciləri məhv etməklə insalara və təbiətə xeyr verirlər.
Əsas arealdan kənarda sayları olduqca azdır. 1989-ci ildə aparılan qiymətləndirməyə görə onların ümumi sayı 37 000 baş olması ehtimal edilur.
Tülkülər üçün əsas təhlükə Çində olan şirkətkərdən biri Ochotonaları Tibet platosuna göndərilməsini həyata keçirməsidir.
Digər təhlükə tibetin yerli əhalisinin saxladığı ev itləridir[4].