Tifil Əsəd

Tifil Əsəd, Şair Əsəd, Miskin ƏsədAzərbaycan şairi, aşığı.

Tifil Əsəd
Doğum adı Əsəd
Təxəllüsləri Tifil, Şair, Miskin
Doğum tarixi
Doğum yeri Xiyov şəhəri, Hasar kəndi
Vəfat tarixi
Fəaliyyəti şair
Vikimənbənin loqosu Tifil Əsəd Vikimənbədə

Miskin Əsəd 1883-cü ildə Xiyov şəhərinin (Meşgin) Hasar kəndində bir ruhani ailəsində dünyaya gəlmişdir. İlk təhsilini atasının məktəbində bitirib. Türk, ərəb və fars dillərini öyrənib. Miskin Əsəd uşaq ikən bütün çətinlikləri yaşayıb. 1903-ci ildə iki qardaşı ilə birlikdə Bakıya gəlirlər. Əsəd burada mühacir həyatı yaşayır, əvvələr neft quyularında işləyir.

Daha sonra Şəmkir bölgəsinə gedir, orda Aşıq Hümmətlə tanış olur. Bu hadisə onu aşıq ədəbiyatına doğru çəkir. Aşıq Əsəd sonralar Aşıq Ələsgərlə (1821-1926) və Aşıq Hüseyn Bozalqanlı ilə də tanış olur.

Əsəd Miskin təxəlüsündən qabaq "Şair Əsəd" və "Tifil Əsəd" təxəllüsünü daşıyırmış.

1938-ci ildə Miskin Əsəd ordan canın qurtarıb, İrana keçməyə məcbur qalır. Aşıq Əsədin bu taya qayıtması böyük və aydın düşüncəlı bir musiqiçi ilə eyni ildə olur. Ustad Əli Səlimi də ailəsi ilə 1938-ci ildə Güney Azərbaycana qayıdır. Əsəd öz doğma kəndində hörmətlə qarşılanır. Əsəd bu tayda beş il yaşayır və 1943-ci ildə vəfat edir.[1]

  • "Var olan gəlsin" (redaktoru: Malik Əhmədoğlu; ön söz: Hüseyn Düzgün). 2011.
  1. Uğur. ""Var olan gəlsin"". anl.az (azərb.). "Xalq Cəbhəsi" qəzeti. 13 iyul 2011. İstifadə tarixi: 12 iyun 2016.