Timir Alekseyeviç Pinegin (rus. Тимир Алексеевич Пинегин) — sovet yaxtsmeni, yelkənli qayıq idman növü üzrə yay Olimpiya oyunlarında SSRİ-dən olan ilk çempion. Avropa və Şimali Afrika çempionatının qalibi, SSRİ idman ustası (1960), SSRİ əməkdar məşqçisi.
Timir Pinegin | |
---|---|
Тимир Пинегин | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı |
SSRİ Rusiya |
Doğum tarixi | |
Doğum yeri | Moskva, SSRİ |
Vəfat tarixi | (85 yaşında) |
Dəfn yeri | |
Boyu | 164 sm[1] |
Çəkisi | 65 kq[1] |
İdman növü | Yelkənli qayıq |
16-qat SSRİ çempionu:
Moskvada anadan olmuşdur. Onun babası Aristarx Vladimiroviç İlyin məşhur psixiatr olmuşdur.[2] Timirin atası Aleksey Dmitriyeviç Pinegin Yakutiya MSSR Kanqalas ulusu ərazisində 1903-cü ildə doğulmuşdur. O, milliyyətcə yakut olmuşdur.[3]. Timir Alekseyeviç ilk kiçik uğuru hələ məktəbdə ələ etmişdir. Pineginin anası Aleksandra Aristarxovna İlyina rəssamlığı bacarırdı.
Timir Hərbi Dəniz Qüvvələrinin Mərkəzi İdman Klubunun heyətində çıxış etmişdir. 6 Olimpiya oyunlarının iştirakçısı olmuşdur:
Məşqçi olaraq Gürcüstan yığmasını çalışdırmışdır. Yelkənli qayıq yarışması üzrə iki yay Olimpiya yarışmasında münsiflər heyətinin üzvü olmuşdur.[6]
"Yaxta və buyer" kitabının müəllifidir.
Dağ xizəyi ilə maraqlanırdı. 1940-cı illərin sonlarında SSRİ dağ xizəyi yığmasının üzvü olmuşdur.[6]
Şərəf odeni (1960) və medallara layiq görülmüşdür. Vaqankovskoye qəbirstanlığında dəfn edilmişdir.
Pineginin həyat yoldaşı — Qalina İlyiniçna Jeleznova.
Qızı — Alyona.