Timur Ummatoviç Rəcəbov (19 avqust 1976, Buynaksk, Dağıstan MSSR) — Dağıstan şairi və tərcüməçisi. Rusiya Yazıçılar Birliyinin üzvü (2015).
Timur Ummatoviç Rəcəbov | |
---|---|
Doğum tarixi | 19 avqust 1976 (47 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, tərcüməçi |
Fəaliyyət illəri | 1995-ci ildən |
Əsərlərinin dili | rus dili |
Timur Rəcəbov Dağıstanda, Buynakskda anadan olub. Onun ata nəsli Rutulski rayonunun Kina kəndindən gəlir. O, milliyətcə rutuldur.
Timur Rəcəbov Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Prezident Rəsul Həmzətov gənc şairin 1997-ci ildə Universitetə qəbul olması üçün ona referans verir. Məktəbə getməzdən öncə Rəcəbov Cənubi Dağıstanın Azərbycanla sərhəd dağlıq hissələrində yaşayıb. Tez-tez məktəblərini dəyişərək Mahaçqala, Kaspiysk, Xasavyurt, Buynaksk şəhərlərində təhsil alıb. Kolleci bitirdikdən sonra gələcək şair Dağıstan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almağa qərar verir. Universitetə daxil olmaq üçün təcili nə isə dərc etdirmək lazım idi. Nəsr Timura çox mürəkkəb görünürdü, ona görə də o,həyatının ilk misralarını yazır.
Rəcəbov Dağıstan Dövlət Universitetinin birinci kursunu əla qiymətlərlə bitirir. Daha sonra o, Moskva Ədəbiyyat İnstitutunda təhsil alır. Diplomunu alanda Timur Rəcəbov artıq şeirlər kitabının müəllifi idi.[1]
Timur Rəcəbovun 2006-cı ildə “Kəmşirin şərab” şeirlər kitabı işıq üzü görüb.
Timur Rəcəbov “Gümüş Oxatan” kitabının müəlliflərindən biridir. Şeirlər toplusu 2008-ci ildə işıq üzü görüb.
Timur Rəcəbovun əsərləri Rusiyanın, Avropanın və ABŞ-nin tanınmış ədəbi-ictimai-siyasi jurnal və qəzetlərində dəfələrlə dərc olunub. Onun bu əsərləri sırasına: “Gecə-gündüz”, “Xarici həyətlər”, “Moskovski komsomolets”, “Çıraq və baca”, "Yeddi sənət" və başqaları daxildir.
2013-cü ildə Mahaçqalada təqdimatı uğurla keçirilmiş “Oxuya bilərsən” adlı şeirlər toplusu işıq üzü görüb.[2] 2014-cü ilin yanvarında Moskva Millətlər Evində “Oxuya bilərsən” kitabının təqdimatı olur.[3]
Timur Rəcəbov çoxsaylı mahnıların söz müəllifi kimi də tanınır. Onlardan bəzilərini aşağıdakılardır:
Timur Rəcəbov tez-tez gənc nəsil ilə görüşür, Moskva və Dağıstanda yaradıcılıq gecələri keçirir. Onun yaradıcılıq gecələrindən bəziləri aşağıdakılardır: