Timur Safin (tat. Тимур Марсель улы Сафин; 4 avqust 1992) Rusiyalı qılıncoynadan, üç dəfə Avropa çempionu, dünya çempionu(2014) və Avropa oyunları qalibi olmuşdur.
Timur Safin | |
---|---|
rus. Тимур Марселевич Сафин tatar. Тимур Марсель улы Сафин | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 4 avqust 1992[1] (32 yaş) |
Doğum yeri | |
Boyu | 1,82 m[2] |
Çəkisi | 82 kq[2] |
İdman növü | Qılıncoynatma |
Vikianbarda əlaqəli mediafayllar |
1992-ci ildə Daşkənddə Tatar ailəsində doğulmuşdur. Daha sonra Rusiyaya köçmüşdür. Safinin qılıncoynatma karyerası doqquz yaşında, oxuduğu məktəbə gələn bir məşqçinin çıxışından sonra başlamışdır.[3]
Ufa şəhərində idmançıların ümumi seçimi olan Safin, 2009-cu ildə Rusiyanın gənclər komandasına aparıldı.
2011-ci ildə Kazan şəhərində keçirilmiş Avropa çempionatında bürünc medal və komandada isə gümüş medal qazandı. Eyni ildə Moskvada Avropa Gənclər Çempionatında fərdi oyunda çempionluq qazanmış və qrupda isə gümüş qazanmışdı.
2011-12 mövsümündə dünya gənclərinin sıralamasında dördüncü sırada qərarlaşdı. 2013-cü ildə Torun U23 Avropa Çempionatında ikiqat qızıl medal qazandı. Safin, kiçiklər üçün kateqoriyadan çıxdıqdan sonra üst səviyyəyə yəni böyüklər üçün kateqoriyaya keçdi və bu kateqoriyada 2013-14 il mövsümündə debüt etdi.
2014-cü ildə Başqırd Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir
Olimpiya qızıl medalçısı Andrea Baldini məğlub edərək finalda Challenge Revenu üzərində qələbə qazandı. Strasburqda 2014 Avropa Çempionatının 16-cı turunda isə məğlub oldu; Onu qazanan James-Andrew Davis qızıl medal qazandı. Komanda mübarizəsində isə Safin bürünc medalın sahibi oldu.[4]
2014 Dünya Çempionatında yarımfinalda o dövrün birincisi olan Çinli Ma Jianfei tərəfindən məğlub oldu və bürünc medal qazandı.[5]
Bu çıxışı ilə o, Rusiya Qılıncoynatma Federasiyası tərəfindən ilin ən yaxşı idmançısı seçildi.[6]
Rio-de-Janeyro (Braziliya) şəhərində 2016-cı XXXI Olimpiya Oyunlarında yüksək idman nailiyyətləri qazanmaq və məqsədyönlü iradəsini nümayişinə görə Dostluq Ordeni ilə təltif olunmuşdur.[7]