Tintin Sovetlər ölkəsində — Belçika yazıçısı Erjenin yazdığı Tintin macəralarından biri. Tintin macəralarının birincisidir. 20 yanvar 1929-cu ildən 11 may 1930-cu ilə kimi "Le Petit Vingtième" yayımlanmışdır.
Tintin Sovetlər ölkəsində | |
---|---|
(Tintin au pays des Soviets) | |
| |
Müəllif | Erje |
Janr | Komiks |
Orijinalın dili | fransız |
Ölkə | Belçika |
Orijinalın nəşr ili | 20 yanvar 1929 |
Nəşriyyat | Le Petit Vingtième |
Cild | Tintin macəraları |
Səhifə | 138 |
Əvvəlki | — |
Sonrakı | Tintin Konqoda |
ISBN | ISBN 2-203-01101-7 |
Tintin sadiq iti Milu ilə birlikdə işlədiyi qəzetdən iş üçün SSRİ-nin paytaxtı Moskvaya göndərilir. Onun mindiyi qatar Rusiya gizli polis təşkilatı tərəfindən partladılır və bu "qəza"nın müqəssirinin Tintin olduğunu iddia edirlər. Tintin həbsxanaya göndərilir, amma polisdən yayınaraq oradan qaça bilir. Daha sonra maşın oğurlayır və Moskvaya çatmazdan qabaq başına bir neçə hadisə gəlir. Burada o, SSRİ-nin silah gücü ilə insanlara səs verdirtdiyini və boş fabrikaların sadəcə əcnəbiləri aldatmaq üçün tikildiyini görür. Həmçinin SSRİ-nin sadəcə kommunist olan gəncləri işlə təmin etdiyini öyrənir. Tintin Moskvanın buğda cəhətdən aclıq çəkdiyini, beləcə SSRİ liderlərinin kommunist maskası altında tarlaları talan etmək fikirlərini görür. Tintin bir neçə fermanı əsgərlərin gəlişindən xəbərdar etsə də özü polislərə yaxalanır. Tintin onlardan qaçıb Berlin üstündən ölkəsinə geri qayıdır və SSRİ cəsusları ilə yenidən qarşılaşır. Sonda Brüsselə qayıdanda onu özündən getmiş kütlə sevinclə qarşılayır.
Bu seriya siyasi satiradır, Erje burada SSRİ-yə olan etibarsızlığını ifadə edir və onları "güclü iqtisadiyyat"ları ilə ələ salır. Benoit Petersin "Le monde d'Hergé" adlı kitabına görə Erje kitabı yaradarkən mənbə kimi SSRİ-Rusiya səfiri Belçikalı Cozef Dulletin "Moscou sans voiles" adlı kitabından istifadə etmişdi. Albom dövrün anti-sovet baxışını mənimsədiyindən satışdan çıxarılmışdı. 1973-cü ildə yeni versiyası satışa buraxıldı və həmin il 100.000 nüsxəsi satıldı.
Bu kitab Tintin macəralarının rəngləndirilməyən yeganə kitabıdır, çünki digər macəralardan fərqlənir, personajlar dəyişikdir. Erje bu albomun rəngləndirilməsini istəməsə də 1969-cu ildə qeyri-rəsmi rəngli albomu çıxmışdır. "Castelman" nəşriyyat evi tərəfindən nəşr olunan bu albom Paul-Henri Lombard və Filip-Alfred Kastelman adlı Tintin heyranları tərəfindən rəngləndirilmişdi, hətta yeni şəkillər əlavə olunmuşdu. Limitli sayıdakı bu albomlar indi çox baha qiymətdə satılmaqdadır.