TİOFENOL (fenilmerkaptan, merkaptobenzol) – tiofenollardan biri olub, aromatik tioldur.
Tiofenol | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C6H5SH |
Molyar kütlə | 110.18 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1.0766 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | - 14.8 °S |
Qaynama nöqtəsi | 168.7 °S |
Buxarın təzyiqi | 133,32 Pa[1] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 108-98-5 |
PubChem | 7969 |
RTECS | DC0525000 |
ChEBI | 48498 |
ChemSpider | 7681 |
Tiofenol – kəskin iyli, rəngsiz mayedir. Suda həll olmur, üzvi həlledicilərin çoxunda istənilən nisbətdə həll olur. Kimyəvi xassələri Tiofenol özünün kimyəvi xassələrinə görə tipik tioldur. Tiofenolun turşuluğu (pK = 9.55) fenolun turşuluğunu (pK = 9.98) artırır. Qələvi və ağır metallarla stabil duzlar əmələ gətirir. Nukleofil əvəzlənmə reaksiyalarına girir və ikiqat rabitələrə birləşir. Zəif oksidləşdiricilərlə difenilsulfidə, güclü oksidləşdiricilərlə isə benzolsulfoturşulara kimi oksidləşir.
Tiofenolun sintezi kükürd ilə fenilmaqniumbromidin (Qrinyar reaktivi) qarşılıqlı təsirindən və ya benzolsulfoxloridi reduksiya etməklə həyata keçirilir :
Tiofenol boyaq maddələrinin, polimerlərin, radikal reaksiyalarının inhibitorunun, stabilizatorların, sintetik kauçuka əlavələrin sintezində istifadə olunur.