Tippi Hedren (ing. Tippi Hedren, 19 yanvar 1930, Minnesota, ABŞ) — ABŞ aktrisası, daha çox "Quşlar" və "Marni" filmlərindəki rolları ilə tanınır. Aktrisa Melani Qriffitin anası, Dakota Consonun nənəsidir.
Tippi Hedren | |
---|---|
ing. Tippi Hedren | |
| |
Doğum adı | Natali Key Hedren |
Doğum tarixi | |
Doğum yeri | Nyu-Ulm, Minnesota, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Həyat yoldaşı |
Piter Qriffit (1952-1961) Noel Marşall (1964-1982) Luis Barreneçi (1985-1995) Martin Dinnes (2002-2008) |
Uşağı | Melani Qriffit |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1950 — bugünədək |
İstiqamət |
kino televiziya |
Boyu | 1,65 m[1] |
IMDb | ID0001335 |
Vikianbarda əlaqəli mediafayllar |
Tippi Hedren (Natali Key Hedren) 19 yanvar 1930-cu ildə Minnesotanın Nyu-Ulm şəhərində anadan olmuşdur. Onun ata tərəfdən babası İsveçdən ABŞ-yə immiqrant kimi gəlmişdir. Anasının kökləri isə Almaniya və Norveçə gedib çıxır[2]. O, öz sonrakı adı olacaq "Tippi"ni isə hələ uşaq ikən atasından almışdı. Gələcək aktrisanın atası elə hesab edirdi ki, Natali adı uşağa yox böyüklərə yaraşır.
Yeniyetmə yaşlarında Tippi geyim mağazalarında moda nümayişlərində iştirak etmişdir. Tippi orta məktəbdə oxuyarkən onun ailəsi Kaliforniyaya gəlir. Tippinin 18 yaşı olanda o, Nyu-Yorka gələrək bir model kimi öz karyerasını başlayır. 1950-ci ildə Tippi kinoda öz debütünü edir. Bu debüt "Balaca qız" musiqili komediyasındakı çox da böyük olmayan roldan ibarət idi. Lakin 1950–1960-cı illər arası Tippi Hedren özünün aktrisalıq fəaliyyətini davam etdirmir və yalnız bir model kimi işləyir.
1963-cü ildə ustad rejissor Alfred Hiçkok onu televiziya verilişlərinin birində görür və Tippi Hedreni yaxında çəkəcəyi "Quşlar" filmindəki Melani Deniels roluna dəvət edir.[3] Rolu ifa etməyə razılıq verən Tippi sonradan bu obraza görə "Qızıl qlobus" (ən yaxşı aktrisa debütü) mükafatına layiq görülür.[4] Daha sonra isə onun ifa etdiyi Melani rolu "Premiere" jurnalında dərc edilmiş bütün zamanların 100 ən möhtəşəm obrazını əks etdirən siyahıya düşmüşdür. Bu filmin uğurunun ardınca Tippi Hedren Hiçkokun daha bir filmində çəkilir. Bu, "Marni" adlanan psixoloji triller idi.[5] Həmin filmdə Tippi Hedrenin tərəf-müqabili məşhur aktyor Şon Konneri idi.
Hiçkok Tippinin bənzərsiz ifasından sonradan çəkdiyi filmlərində də istifadə etməyi qərara aldı. Lakin Tippi Hedren artıq Hiçkokla işləməkdən imtina etdi. Bu qəfil imtina ona gətirib çıxardı ki, növbəti illərdə o, heç bir filmdə görünmədi. Səbəb isə ondan ibarət idi ki, Hiçkok onun rol təklifini rədd etdiyi üçün Tippi Hedrenə qarşı qəzəbli idi. Alfred Hiçkokun bütün bu illər ərzində kinematoqrafda tutduğu yer o qədər yüksəkdə idi ki, bütün rejissorlar onun fikrilə razılaşmış və Tippini heç bir filmə çəkməmişdilər. Yalnız 3 illik fasilədən sonra Çarli Çaplinin "Honq Konqdan olan qrafinya" filmində Marta roluna çəkilir.
1970-ci illərdə Hedren demək olar ki, filmlərdə heç çəkilməmişdi. Ancaq 1980-ci illərin əvvəllərində tez-tez televiziya ekranlarında və "Otel", "4400", "O qadın qətli yazıb", "Qaranlıq yerin nağılları" kimi bir çox seriallarda görünməyə başlayır.
Tippi 1952-ci ildə aktyor və prodüser Piter Qriffitlə ailə həyatı qurmuşdur. 1957-ci ildə onların ailəsində sonradan tanınmış aktrisa olmuş Melani Qriffit dünyaya gəlmişdir. 1961-ci ildə isə onların nikahı boşanma ilə sona çatdı. 1964-cü ildə Hedren öz agenti və çəkildiyi üç filmin prodüseri olan Noel Marşalla ərə gedir. 1982-ci ildə bu cütlük də boşanır. Onun üçüncü əri sahibkar Luis Barreneçi olmuşdur. Bu ailə 1985–1995-ci illərdə mövcud olmuşdur. 1995-ci ildə Luisdən boşanan Tippi 2002-ci ildə baytar həkim Martin Dinnesə ərə getmişdir.
İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1950 | Balaca qız | ing. The Petty Girl | Ays Boks |
1963 | Quşlar | ing. The Birds | Melani Deniels |
1964 | Marni | ing. Marnie | Marni Edqar |
1967 | Honkonqlu qrafinya | ing. A Countess from Hong Kong | Marta |
1970 | Pələng quyruğu | ing. Tiger by the Tail | Rita Armstronq |
1970 | İblisin məhsulu | ing. Satan's Harvest | Marla Oaks |
1971 | Cənab Kinqstritin müharibəsi | ing. Mister Kingstreet's War | Meri Kinqstrit |
1973 | Harrad təcrübəsi | ing. The Harrad Experiment | Marqaret Tenhauzen |
1981 | Nərilti | ing. Roar | Medelin |
1982 | Fosfor işığı | ing. Foxfire Light | Elizabet Morqan |
1989 | Ölümcül casus oyunları | ing. Deadly Spygames | Çestiti |
1990 | Gecənin soyuğunda | ing. In the Cold of the Night | Klara |
1990 | Pasifik-Hayts rayonu | ing. Pacific Heights | Florens Piters |
1994 | Terezanın tatuajı | ing. Teresa's Tattoo | Evelin Hill |
1994 | Qaçılmaz gözəl | ing. Inevitable Grace | Marsiya Stivens |
1996 | Vətəndaş Rut | ing. Citizen Ruth | Cessika Ueys |
1997 | Malliqanlar | ing. Mulligans! | Dotti |
1998 | Ayrılma | ing. Break Up | ana |
1998 | Öldüyüm gün tez ayıldım | ing. I Woke Up Early the Day I Died | Meylinda Osted |
1999 | Nağıl danışanlar | ing. The Storytellers | Lilian Qlosner |
2001 | Nənəmlə çay dəstgahı | ing. Tea with Grandma | Rae |
2001 | Meyvəli dondurma | ing. Ice Cream Sundae | xanım |
2003 | Heysmanın axtarışı | ing. Searching for Haizmann | Mişel Labner |
2003 | Qara canavar | ing. Dark Wolf | Meri |
2003 | Rouzun bağçası | ing. Rose's Garden | Rouz |
2003 | Culi və Cek | ing. Julie and Jack | Culi Maknil |
2004 | Dahinin oyanışı | ing. Raising Genius | Beyb |
2004 | Qəzəb fikri | ing. Mind Rage | Uilma Rendolf |
2004 | Ürək oğruları | ing. I Heart Huckabees | Meri Ceyn Hatçinson |
2005 | Sıfır brilyantı | ing. Diamond Zero | Eleanor Kelli |
2007 | Sonuncu müttəfiq: Robert Adamsın hekayəsi | ing. The Last Confederate: The Story of Robert Adams | xanım Adams |
2007 | Ölü yazısı | ing. Dead Write | Minni |
2008 | Onun xəstə arzusu | ing. Her Morbid Desires | Qloriya |
2012 | Ceyn Mensfildin maşını | ing. Jayne Mansfield's Car | Naomi Kolduell |
2012 | Pulsuz nümunələr | ing. Free Samples | Betti |
2013 | Babilə qayıdış | ing. Return to Babylon | xanım Pibodi |
2015 | Kabus və balina | ing. The Ghost and the Whale | Tippi |