Quşlar (film, 1963)

"Quşlar" (ing. The Birds) — rejissor Alfred Hiçkokun filmi.

Quşlar
ing. The Birds
Janr Triller
Rejissor Alfred Hiçkok
Prodüser Alfred Hiçkok
Ssenari müəllifləri
Baş rollarda Tippi Hedren
Rod Teylor
Operator Robert Börks
Bəstəkar Bernard Herrmann
Geyim rəssamı Edit Hed
İstehsalçı Universal Pictures
Distribütor Universal Pictures, Netflix
İlk baxış tarixi 28 mart 1963[3][4], 20 sentyabr 1963[5], 1963
Filmin növü bədii film
Müddət 120 dəqiqə
Büdcə 3,3 milyon $[1]
Gəlir 11,4 milyon $[2]
Ölkə ABŞ ABŞ
Dil ingilis dili
İl 1963
Rəng rəngli
Çəkiliş yeri San-Fransisko, Kaliforniya
IMDb ID0056869
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hiçkokun bundan əvvəlki filmi "Psixo"da olduğu kimi burada da heç nə tamaşaçını izaholunmaz hadisələrə hazırlamır. Kinolentin əvvəlində gözəl və bir qədər də özündənrazı xanım Melani Denielsin gənc vəkil Mitç Brennerlə tanış olduğunu görürük. Bu görüş San-Fransiskoda bir zoomağazada baş tutur. Arada olan soyuqluq onu çəkindirmir. Melani Mitçin bacısı Ketiyə ayrılmazlar cinsindən olan quşları hədiyyə alır. Hədiyyəni vermək üçün Melani onlara – Bodeqa körfəzinə getməli olur.

Lazım olan yerə getməyə başlayan Melani birdən qağayının hücumuna məruz qalır. Qız alnından yaralanır. Melani gecəni yerli müəllimə Enni Heyvortun yanında qalmağa qərar verir. Elə o gecə Enni Melaniyə Mitçin anası xanım Brennerin oğluna münasibətdə çox qısqanc olduğunu deyir.

Növbəti gün Ketinin açıq hava altında keçən ad günü şənliyində qağayılar dəstə ilə uşaqlara hücum edirlər. Axşam isə yüzlərlə sərçə buxarı borusu vasitəsilə evə daxil olurlar. Səhər xanım Brenner fermer qonşusunu yoluxmağa gedir və onu ölmüş vəziyyətdə tapır. Gözləri dimdiklənmiş qonşunu görəndə xanım Brenner dəhşətə gəlir.

Səhər Melani məktəb həyətinə toplanmış quzğunları görür. O, Enni ilə uşaqları məktəbdən çıxarırlar. Ketini xilas edən Enni quşların hücumu nəticəsində həlak olur. Melani uşaqlarla birlikdə kiçik bir reestorana sığınır. Elə bu vaxt quşlar yanacaqdoldurma məntəqəsində yanğının baş verməsinə səbəb olurlar.

Axşam vaxtı Melani və Brennerlər evin pəncərəsində barrikada düzəldirlər. Onlar quşların uçuşundan müdafiə oluna bilirlər. Quşlar qapı və divarlara çırpılaraq içəri keçə bilmirlər.

Bir qədər sonra hər yerə sakitlik çökür. Melani çardaqda səs-küy eşidib nə olduğunu bilmək üçün ora qalxır. Ora isə başdan-ayağa quşlarla doludur. Quşlar Melaniyə hücum etməyə başlayırlar. Bu zaman Mitç köməyə gəlir. Yaranmış imkandan istifadə edən Mitç hamıya evi tərk etməyi təklif edir. Hamı evin artırmasına çıxır. Onlar evdən çıxan kimi göz görən hər yeri öz yerlərində oturmuş minlərlə quşla dolu görürlər. Melani və Brennerlər avtomobilə əyləşib oranı tərk edirlər.

  • Film "Son" sözü ilə qurtarmır. Bunun səbəbi o idi ki, Hiçkok sonu olmayan dəhşəti göstərmək istəmişdi.
  • Filmdə baş qəhrəman Melani Denielsin avtomobili Kabriolet Aston Martin DB2/4 olur.
Ən çox ümidlər verən aktrisa – Tippi Hedren

1964-cü ilin "Oskar" mükafatına namizəd:

[redaktə | mənbəni redaktə et]
Ən yaxşı effektlər və xüsusi vizual effektər – Ab Ayverks

1964-cü ilin "Edqar Allan Po" mükafatına namizəd:

[redaktə | mənbəni redaktə et]
Ən yaxşı bədii film – Evan Hanter

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin müəllifi : Dafna dü Morye (novella)
Ssenari müəllifi : Evan Hanter
Rejissor : Alfred Hiçkok
Operator : Robert Börks
Bəstəkar : Bernard Herrmann
Prodüser : Alfred Hiçkok
Tippi Hedren – Melani Deniels
Rod Teylor – Mitç Brenner
Cessika Tendi – Lidiya Brenner
Süzann Pleşett – Enni Heyvort
Veronika Kartrayt – Keti Brenner
Etel Qriffis – ornitoloq xanım Bandi
Rut MakDevitt – zoomağaza satıcısı xanım MakQruder
Alfred Hiçkok – zoomağazadan iki itlə çıxan kişi
  1. Stafford, Jeff. "The Birds". Turner Classic Movies. 2011-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-16.
  2. Box Office Information for The Birds. Arxivləşdirilib 2013-09-29 at the Wayback Machine The Numbers. İstifadə tarixi: 2016-11-16.
  3. Freebase Data Dumps. Google.
  4. IMDb (ing.). 1990.
  5. Lexicon of international films (alm.). Zweitausendeins.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]