Tipu Sultan (kann. ಟಿಪ್ಪು ಸುಲ್ತಾನ್, urdu سلطان فتح علی خان ٹیپو) (noyabr 1750, Devanahalli, — 4 may 1799, Şriranhapatnam) — "Maysur pələngi" ləqəbi ilə tanınan Maysur əmirliyi hakimi.
Tipu Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 noyabr 1750[1] |
Vəfat tarixi | 4 may 1799[2][3] (48 yaşında) |
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | siyasətçi, yazıçı, rəhbər |
Atası | Heydər Əli xan |
Dini | islam |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Fateh Əli xan Tipu sultan Heydər Əli xanın oğludur. Atasından sonra Maysurun hakimi olmuşdu.
1778-ci ildə Fransa müstəqilliyini elan etmiş və ABŞ-nin müttəfiqi olmuşdu. Hindistandakı müstəmləkələrdə yerləşən fransız qoşunlarının Fransa ilə əlaqələri demək olar ki, tam kəsilmişdi. Onlar Hind yarımadasındakı inglislərin hərbi təzyiqinə tab gətirə bilməyib şəhərləri bir-bir təhvil verirdilər. Lakin admiral Süffrenin donanması Hind okeanında ingilisləri məğlub etdikdən sonar polkovnik Büssinin rəhbərlik etdiyi kiçik hərbi korpus Kuddalur yaxınlığında mövqe tutdu. Bu zaman ingilislər iki hind hakimi (Maysur dövlətinin başçıları Heydər Əli və Tipu Sultan) ilə müharibə aparırdı. Fransız hərbi müşavirlərin olduğu Heydərabad şəhəri də artıq Maysur dövlətinin tərkibinə qatılmışdı.
Polkovnik Büssi Fransa dövləti adından Heydər Əli və Tipu Sultana müttəfiqlik müqaviləsi imzalamağı təklif etdi. Bu işə iki ay sərf edən fransız hərbçisindən fərqli olaraq, ingilislər vaxtı fövtə verməyib üçqat artıq hərbi qüvvə topladılar və fransız korpusuna qarşı hücuma keçdilər. 20 saatlıq döyüşdə ingilislərin itkisi 2 min nəfərə çatdı. Lakin tezliklə Kuddalurda mühasirəyə düşmüş fransızlara Fransa ilə İngiltərə arasında sülh müqaviləsinin imzalanması xəbəri çatdı. Döyüş əməliyyatı bitdi. Maysur dövlətinin hakimləri təklikdə qaldı və onlar mübarizənin mənasızlığını anlayıb ingilislərlə barışıq sazişi imzaladı.
1783-cü ilin müqaviləsinə əsasən, Hind yarımadasındakı Pondişeri, Şandernaqor, Mae, Yanam, Karikal kimi iri müstəmləkə-şəhərlər fransızların nəzarətində qaldı. Maysur hakimi Tipu Sultan isə 1788-ci ildə Parisə səfər etdi və kral sarayında (Versalda) təntənə ilə qarşılandı. Lakin inqilab bütün siyasi kartları qarışdırdı və ingilislər Hindistandakı fransız müstəmləkələrinin hamısını işğal etdilər.
1799-cu ildə Napoleon Maysur hakimi Tipu Sultana məktub göndərərək ona ingilislərə qarşı müttəfiqlik təklif etdi. Lakin Ərəbistan yarımadasının cənubundan keçərək uzun yol gedən məktub Maysur hakiminə çox gec çatdı.
1799-cu ilin fevralında ingilislər onlarla müttəfiq olan hind hakimləri ilə birgə Maysur dövlətinə hücum etdilər. Tipu Sultan düşmən üzərində bir neçə xırda qələbə qazandı, amma sərkərdələrinin xəyanəti onu mühasirə vəziyyətində qoydu. Fransadakı inqilabi Direktoya Yaxın Şərqdə böyük uğurlar qazana bilməyən general Bonapardı geri çağırdı və ilk Şərq hərbi kampaniyası başa çatdı.
Tipu Sultan 4 may 1799-cu ildə vəfat etmişdir.