Tirana çayı

Tirana (Alb. Lumi i Tiranës) — Avropada, Albaniya ərazisindən axan çay. Çayın mənbəyi Albaniyanın paytaxtı Tirananın şimal-şərqindəki dağlarda yerləşir. Tirananın şimal hissəsindən axır və bu şəhərin əsas su arteriyasıdır.

Tirana çayı
Ölkə
Uzunluğu
  • 18 km
Su sistemi İşmi → Drina körfəzi → Adriatik dənizi

Tirana çayının mənbəyi Dayti dağından axan axıntılardan yaranıb. Çay cənub-qərb istiqamətində axaraq, Tiran şəhərinin şimal hissəsindən keçir və sonra şimal-qərbə dönür. Tirananın ən böyük qolu Lana çayıdır. Tirana İşmi çayına tökülür. Çay şəhərsalma suları ilə çox çirklənmişdir, xidmət infrastrukturunun olmaması tullantıların çaya axmasına səbəb olub. [1]. Bu da içməli suyun keyfiyyətini azaldır və bəzi heyvan və balıq növlərinin tələf olmasına səbəb olub. Nitratlarla çirklənmə Aİ standartlarından 13 dəfə yüksəkdir. [2].

  1. "Institute for Environmental Policy" (ingilis). Institute for Environmental Policy. 2017-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.
  2. A. Miho, M. Hysko, S. Duka,. First report of environmental assessment in Tirana river (Place Bregu Lumit) – February 2010 (PDF).