Tirana Beynəlxalq Hava Limanı (alb. Aeroporti Ndërkombëtar i Tiranës Nënë Tereza) və ya əvvəlki adı ilə Rinas Beynəlxalq Hava Limanı (IATA: TIA, ICAO: LATI) — Albaniyanın əsas beynəlxalq hava limanı.
Tirana Beynəlxalq Hava Limanı | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
41°24′53″ şm. e. 19°43′14″ ş. u. |
|||||||||||
IATA: TIA – ICAO: LATI | |||||||||||
Məlumat | |||||||||||
Hava limanı tipi | İctimai | ||||||||||
Ölkə | |||||||||||
Yeri | Albaniya | ||||||||||
Açılış tarixi | 1957 | ||||||||||
Qovşaq | Albawings | ||||||||||
Dəniz səviyyəsindən hündürlüyü |
108 ft / 33 m | ||||||||||
Xəritə | |||||||||||
|
|||||||||||
Uçuş-enmə zolaqları | |||||||||||
|
|||||||||||
Statistika (2017) | |||||||||||
|
|||||||||||
Rəsmi saytı | |||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Hava limanı Alban Roma-Katolik kilsəsinin missioneri Tereza Ananın şərəfinə adlandırılmışdır. Tirana şəhərindən 11 km şimal-şərqdə yerləşir.[2][3] Başda Avropa olmaqla, beynəlxalq əlaqələrə sahibdir. Ən çox istifadə edilən uçuşlar isə Roma, Milan və İstanbul reysləridir.
Hava limanı Albaniyanın milli bayraq daşıyıcısı olan Air Albania-nın, həmçinin Albawings-in qərargahıdır. Eyni zamanda Adria Airways, Blue Panorama Airlines və Ernest Airlines üçün xidmət göstərir.[4] Sərnişin sayı baxımından Albaniyanın ən böyük, Balkan yarımadasının 12-ci böyük hava limanıdır.