Tit Flavi Sabin (konsul-suffekt, 72-ci il)

Tit Flavi Sabin (lat. Titus Flavius Sabinus; 30-cu illər, Romabilinmir, Roma) — Qədim Roma siyasi və hərbi lideri, imperator Vespasianın qardaşı oğlu.

Tit Flavi Sabin
Şəxsi məlumatlar
Doğum tarixi 30-cu illər
Doğum yeri
Vəfat tarixi bilinmir
Vəfat yeri
Fəaliyyəti siyasətçi, zabit
Uşaqları
Ailəsi Flavilər sülaləsi

Flavilər sülaləsindəndir. Atası Tit Flavi ​​Sabin 47-ci ildə konsul-suffekt olmuşdur, anası isə Arresina Klementina idi. İmperator Neronun ölümündən sonra hakimiyyət uğrunda mübarizədə fəal iştirak etdi. O, atası ilə birlikdə Otonu dəstəkləmişdir. 69-cu ilin mayında Neronun dövründə bu vəzifəyə təyin edilmiş Qney Arulen Seli Sabin ilə birlikdə konsul-suffekt olmuşdur.[1]

Onun oğulları 82-ci ildə konsul olmuş Tit Flavi ​​Sabin və 95-ci ildə konsul olmuş Tit Flavius ​​Klement idi.[2]

  1. Тацит. История. I. 77.
  2. Светоний. Жизнь двенадцати цезарей. Vita Domitiani, XV, 1