Tit Flavi Klement (lat. Titus Flavius Clemens; təq. 50 – may 95, Roma) — Qədim Roma dövlət xadimi, 95-ci ildə konsul. O, Flavilər sülaləsindəndir. Roma katolisizmində və bir sıra pravoslav kilsələrində müqəddəs kimi şöhrət qazanmışdır.
Tit Flavi Klement | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 50 |
Vəfat tarixi | may 95 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Tit Flavi Sabin |
Həyat yoldaşı | |
Ailəsi | Flavilər sülaləsi |
Dini | xristianlıq |
Klement Tit Flavi Sabinin oğlu idi. Sabin 72-ci ildə konsul-suffekt idi. Klementin qardaşı Tit Flavi Sabin 82-ci konsul olmuşdur və həyat yoldaşı Yuliya Flaviya idi. Atası 69 dekabrda Vitelli dövründə öldürülmüşdür. O, imperator Vespasianın qardaşının nəvəsi, imperator Tit və Domisianın qohumu idi.[1]
Dion Kassinin sözlərinə görə, Klement "tanrısızlıq"da ittiham olunmuşdur.[2] Onun həyat yoldaşı Flaviya Domisilla Pandateriya adasına sürgün edilmişdir.[3][4][5] Yevsevi yazmışdır ki, Domisilla xristian olduğu üçün sürgün edilmişdir. Bununla belə, Dion Kassinin hesabında o, yalnız başqaları ilə birlikdə yəhudiliyə simpatiyada günahkar bilinmişdir.[6] Svetoni sürgündən ümumiyyətlə bəhs etmir.[7] Pal Keresteş ehtimal etmişdir ki, onlar iudaizmi qəbul etmiş və iudaizmə etiqad edən bütün şəxslərə tətbiq edilən "Fiscus Judaicus" vergisini ödəməkdən yayınmağa cəhd etmişdilər.[8]