Toşbak adası

Toşbak adası (özb. Tоshbaqa oroli) — Özbəkistan Respublikası, Cizzəx vilayəti Aydarkul gölünün şimal hissəsində yerləşən ada.

Toşbak adası
Ümumi məlumatlar
Əhalisi 0 nəfər
Yerləşməsi
40°58′46″ şm. e. 67°03′03″ ş. u.
Ölkə  Özbəkistan
Akvatoriya
Toşbak adası xəritədə
Toşbak adası
Toşbak adası

Toşbak sözü özbəkcə tərcümədə tısbağa deməkdir. Adanın bu cür adlanmasına səbəb onun ərazisində böyük tısbağa populyasiyasının olması ilə əlaqədardır.

Toşbak adası Özbəkistanın Aydarkul glünün şimal-şərqində yerləşir. Adanın sahəsi 6,42 km²-dir. XX əsrin 60-cı illərində Şardar Su Elektrik stamnsiyasının inşası zamanı meydana gəlmişdir. Nəticədə böyük torpaq sahələri su altında qalmışdır. nisbətən hündür sahələr isə suyun səthiundə qalmışdır. Toşbak adası insan fəaliyyəti nəticəsindir. Adanın koordinatı: 40°58′33″ ş.e., 67°02′49″ ş.u. Sahə baxımından daha kiçik adalarda əhatələmişdir. Ada uzunsov, əyri formalı oval quruluşa sahibdir. Onun mərkəzində körfəz vardır. Ada ərazisi əsasən düzəndir. Şimal-qərbə döğru adanın alçalması müşahidə edilir. Ərazisinin böyük hissəsini qumlu sahələr tutur. İqlimi kəskin kontinentaldır. Yayı olduqca istidir. İyul ayının orta temperaturu +26°С, yanver ayının isə 0; —9°С arasında dəyişir. İllik yağıntının miqdarı 100–200 mm arasında dəyişir. Yağıntıların böyük qismi qış və yaz aylarında düşür. Adanın şimal hissəsində kiçik havan vardır. Bu havan adanın şimalını cənubundan ayırır.

Fauna və flora

[redaktə | mənbəni redaktə et]

Adada əsasən qısa vegerasiya dövrü olan efemerli bitkilər yayılımışdır. Burda lalələr belə yayılmışdır. Adanın qumlu sahələri üçün ağ saksaul, yovşan kimi bitkilər geniş sahəni əmələ gətirti. Bəzi bitkilər hətta koluqlar təşkil edir. Quraqlığa davamlı tipik növlər əsasən gilli suxurlarda bitir. Adanın şimal-qərbində biyurgun duzu ilə qarışdırılır. Şimalında şoranlaşmış sahələr vardır. Adadan cənubda Qarabattaq, cənub-şərqində isə Barxan, Çivin, Can adaları vardır. Adalar bir-birindən ensiz boğazlarla ayrılır.

Adada yayılmış heyvanlar əsasən ada şəraitinə uyğunlaşmışlar. Qida çatışmazlığını aradan qaldırmaq üçün canlıların bəzisi gecə həyat tərzi keşirir. Burad sarı sünbülqıran, çöl pişiyi, dələlər belə yayılmışdır. Sürünənlərdən ilan, kərtənkələ, varan, tışbağa kimiləri vardır. Quşlardan isə Aral dənizinin qərb hissəsində yayılmışlar üstünlük təşkil edir. Burada Galerida cristata, Sylvia nana, gözəl baladovdaq, Podoces panderi, çöl qartalı, qarva və s quşlara rastlamaq mümkündür. Sahillərində Aydargöldə sarstlanan balıq növləri yayılmışdır.

Adada yaşayış yoxdur.

Özbəkistanın "Dune buylab Arxivləşdirilib 2016-12-03 at the Wayback Machine" kanalı ada haqqında veriliş hazırlamışdır[1].