Todor Batkov

Todor Batkov - Levski Sofiya komandasının prezidenti

Todor Batkov
Doğum tarixi 17 oktyabr 1958(1958-10-17) (66 yaş)
Fəaliyyəti iş adamı, futbolçu, vəkil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Son illər ərzində Todor Batkov ən nüfuzlu və varlı bolqarlardan biri imicini qazanıb. O vaxtilə məşhur maliyyə fırılqdaqçısı Mixail Çornının vəkili olub.

Hələ sovet dövründə orta və yüksək təbəqələr arasında "fırlanan" Batkov uzun müddət özünə xeyli tanış tapıb. O həmişə yuxarılarla yaxın olsa da, üzdə olmayıb. Ölkənin ən məşhur oliqarxlarından olan Batkov unikal "Foros" layihəsinin başında olub, "Standart" qəzetinin təsisçidir, beynəlxalq nüfuza malik sahibkar və hüquqşünasdı. Bir çox mənbələr onun var-dövlətini bir hissəsini məşhur yəhudi əsilli rus maliyyə fırıldaqçısı Maykl (Mixail) Çornının hesabına da qazandığını deyir.

Batkovun necə zənginləşməsi haqda müxtəlif maraqlı iddialar var. Klassik kasıb kəndli ailəsindən çıxan Todor çalışqanlığı və inadkarlığı hesabına zirvəyə qalxıb. Uşaqlıqdan pul qazanmağın yollarını öyrənən Batkov çox ağıllı bir hərəkətlə də yadda qalıb. O, yerli kilsədə göyərçin satmaqla dolanırmış. Amma fırıldaqçılıq etməyi də unutmurmuş. İş ondadı ki, o həmin göyərçinlərə xüsusi təlim keçib və onlar satılandan bir neçə gün sonra yenidən yanına qayıdırmış. Yeni göyərçin sahibi quşun itdiyini hesab edir, Batkov isə bir göyərçinin ikinci, hətta üçüncü dəfə satmaq imkanı qazanırmış.

1984-1991-ci illərdə Batkov RNS Oborishte təşkilatının icraçı katibi, Nazirlər Şurasında müşavir və yerli Milli Məclisdə baş müşavir vəzifəsində çalışıb. 1991-ci ilin iyunundan o, "Batkov, Stoyev, Botev və Ko" şirkətində rəhbər vəzifələrdən birini tutur. Bu zamanlarda ona öz işini ABŞ-da davam etdirməyi təklif edirlər. Bunun üçün ildə 80.000 dollar, şəxsi ev, avtomobil, hər cür şərait verirlər. Ancaq vətənpərvərlik hissi Batkova güc gəlir və o, Bolqarıstanda qalır.

Todor Bolqarıstanda Maykl Çornı adı ilə tanınan Mixail Semenoviç Şerneyin vəkili kimi məşhurlaşmağa başlayır və onun müştərisinə qarşı qaldırılan 6 milyon dolların yoxa çıxması barədə işdə tanınır. Batkov Çornıdan hər şey yaxşı olacağı halda bu məbləğin 5 faizini istəmiş, biznesmen isə işlərin bundan da yaxşı olacağını demişdi. Deyəsən, ikinci verdiyi sözü tutmuşdu... Bu andan etibarən Batkovla Çornının iş maraqları bərabər irəliləməyə başlayır. 2000-ci ildə Çornı dövlətin təhlükəsizliyinə ciddi təhdid elan edilir və onun 10 il ərzində Bolqarıstan ərazisindəki fəaliyyətinə qadağa qoyulur. 2003-cü ildə bu qərara veto istəyindən dönür və bütün işlərinin idarəsini Batkova tapşırır. Bundan sonra o, Levski Sofiya futbol klubunun səhmlərinin əsas hissəsini əldə edir. Sənədlər üzrə bütün izlər silinib və heç nə Çornı ilə birbaşa əlaqəyə gətirib çıxartmır. Hər şeyin başında Todor Batkov dayanır. Çornının adı ətrafına bir neçə tanınmış iş adamının ölümü hallanır. Onlardan biri Vladimir Qraşnovdu ki, deyilənə görə Çornı onu xüsusi qəddarlıqla - lazer şüaları ilə öldürtdürüb. Bu adam Levski Sofiya və Mobiltel şirkətlərində Mixaillə bir yerdə çalışıb. Növbəti qurban 59 yaşlı Todor Toleva olur ki, bu şəxs Sofiyanın meri Boyko Borisovun işçilərindən biri olub. Toleva Vladimir Qraşnovun dostu və Çornının yaxın çevrəsində işləyənlərdən biri olub. Çornı və Toleva sonradan Mobiltel-ə birləşdirilən İsrailin "Formula" şirkətində birgə çalışıblar. Bu şirkət "BTC müsabiqə" sisteminin tətbiqiylə məşğul olur ki, onun da mahiyyəti bütün telefon danışıqları qulaq asmaq imkanı verməsidir. Ölkənin Daxili İşlər Nazirliyi cinayətlərin üstünün açılması üçün ondan yararlanır.

Bir ara özünün də təhlükə altına düşdüyünü hiss edən Batkov müsahibələrində bunu hiss etdirməyə çalışıb. Ancaq bunun nə dərəcədə həqiqətə uyğun olub-olmadığı üzə çıxmayıb.

Deyilənə görə, Batkov hüquqi işlə yanaşı, Sliven şəhərindəki böyük "Vinni" alkoqol şirkətinin də sahibidi. O, Sofiya vəkillər kollegiyasının və Vəkillərin Beynəlxalq Paris İttifaqının, həmçinin MobilTel-in Müşahidə Şurasının üzvüdür. Todorun hökumət və hazırkı prezident Georgi Pırvanovla xüsusi yaxınlığı haqda söz-söhbətlər gəzir. Batkovun müsbət nüfuzu isə onun "Sən tək deyilsən" adlı geniş kampaniya zamanı əldə olunub. Bu kampaniya zamanı tibb işçiləri Liviyada siyasi qarşıdurmalar zamanı zərərçəkənlərə yardım göstərmiş və Batkov 1 milyon avro xərcləmişdi. Bundan başqa Batkov Daxili İşlər, Müdafiə və Mədəniyyət nazirliklərinə də maddi cəhətdən kömək etməklə yadda qalıb. Bu səbəbdən də onun gecə vaxtı Bolqarıstanın Xarici İşlər nazirinə birbaşa zəng vuraraq onu yuxudan oyatması təsadüfi hal deyil.

Batkovun emosionallığı da zaman-zaman diqqət çəkib. Ekssentrik açıqlamalarıyla yadda qalan klub rəhbəri komandasının UEFA Kuboku çərçivəsində "Şalke 04"-ə qarşı oyunda fit çalmış məşhur ingilis hakim Maykl Raylini "pedarast (homoseksual)" adlandırmaqla bütün Avropanı bir-birinə vurmuşdu. 5 min avro cəza alan Batkov ötən il də dilini dinc qoymayaraq, UEFA Çempionlar Liqasının üçüncü mərhələsində BATE Borisov klubu ilə qarşılaşmadan əvvəl belarusluları əməlli-başlı təhqir edərək, Minsk klubunu zavod komandası, onun üzvlərini kolxozçu, Belarus dövlətini isə süni yaradılmış dövlət adlandırmışdı.