Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Tofiq Əlövsət oğlu Abdullayev (1 aprel 1948, Məlikçobanlı, Şamaxı rayonu) — Azərbaycan Respublikasının Qətər dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri (2012-ci ildən), siyasi xadim, filoloq.
Tofiq Abdullayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 aprel 1948 (76 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat |
1948-ci il aprel ayının 1-də Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olmuşdur.
O, Azərbaycan Dövlət Universitetini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur.
Tofiq Əlövsət oğlu Abdullayev Əlcəzair, İraq və Yəmən Demokratik Respublikasında tərcüməçi işləmiş, 20 ilə yaxın Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmışdır. 1992-ci ildən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sistemində işləyir. Fövqəladə və səlahiyyətli səfir rütbəsi var. Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı və Türkiyədəki səfirliklərində müşavir vəzifəsində çalışır. 2006–2012-ci illərdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanında və eyni zamanda Yəməndə, Oman Sultanlığında, Bəhreyn Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri və İslam Əməkdaşlıq Təşkilatında Azərbaycan Respublikasının Daimi Nümayəndəsi olmuşdur. 2012-ci ildən Azərbaycan Respublikasının Qətər dövlətində Fövqəladə və Səlahiyyətli Səfiridir.[1]