Tofiq Şamil oğlu Səfərəliyev (1 yanvar 1932 – 19 iyul 1983) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR sənaye tikintisi naziri (1979–1983), Azərbaycan SSR Ali Sovetinin 10-cu çağırış deputatı.
Tofiq Səfərəliyev | |
---|---|
13 iyul 1979 – 19 iyul 1983 | |
Əvvəlki | Vasili Pyatibrat |
Sonrakı | Əjdər Əliyev |
30 may 1975 – 1979 | |
Nazir | Vasili Pyatibrat |
1974 – 30 may 1975 | |
Nazir | Kamil Akimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1932 |
Vəfat tarixi | 19 iyul 1983 (51 yaşında) |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | dövlət xadimi |
|
|
Təltifləri |
|
Tofiq Şamil oğlu Səfərəliyev 1 yanvar 1932-ci ildə anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Bakı neftayırma zavodlarında mühəndis, şöbə rəisi, baş mexanik işləmişdir. Bir sıra illər ərzində İraqda, Misirdə neftayırma zavodlarının tikintisində baş mütəxəssis və qrup rəhbəri, habelə SSRİ-nin Hindistandakı səfirliyin aparatında iqtisadi məsələlər üzrə müşavir olmuşdur. 1962-ci ildən 1966-cı ilədək Tofiq Səfərəliyev Vladimir İliç adına Yeni Bakı neftayırma zavoduna başçılıq etmişdir.[1]
1974-cü ildə Tofiq Səfərəliyev Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi nazirinin müavini təyin edilmiş, 1975-ci ildən əvvəlcə sənaye tikintisi nazirinin birinci müavini, 1979-cu ildən isə Azərbaycan SSR sənaye tikintisi naziri olmuşdur.[1]
Tofiq Səfərəliyev 1956-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 10-cu çağırış deputatı seçilmişdir.[2] Azərbaycan Kommunist Partiyasının XXX qurultayında Mərkəzi Komitənin üzvü seçilmişdir. "Lenin" və "Şərəf nişanı" ordenləri, eləcə də üç SSRİ medalı ilə təltif edilmişdir. Ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir.[1]
Tofiq Səfərəliyev 19 iyul 1983-cü ildə vəfat etmişdir.[1] İyulun 21-də Fəxri Xiyabanda dəfn edilmişdir.[3]