Tohoku Yeni Zelandiya kəndi (とうほくニュージーランド村, Tohoku Nyu Ciirando Mura?) – Yaponiyanın İvate prefekturasının Oşu şəhərində yerləşmiş və Yeni Zelandiyaya həsr olunmuş əyləncə parkı. 2017-ci ildə bağlanmışdır.
Tohoku Yeni Zelandiya kəndi | |
---|---|
Tohoku Nyu Ciirando Mura (とうほくニュージーランド村?) | |
Məlumatlar | |
Parkın tipi | əyləncə parkı |
Ölkə | |
Yerləşməsi | Oşu, İvate prefekturası, Yaponiya |
Sahəsi | 42 ha |
Yaradılıb | iyul 1989 |
Statusu | bağlanıb |
Saytı | touhoku-nzmura.com |
Xəritədə yeri | |
Park 1989-cu ilin iyulunda Oşu şəhərinin Koromoqava rayonunda açılmışdır.[1] Yaponiyada Yeni Zelandiya mədəniyyətinə həsr olunmuş dörd parkdan sonuncusu olan Tohoku parkı ən yaxşı dövründə illik 200.000 ziyarətçi qəbul etmişdir.[1] Lakin parka maraq azalmağa başlamış, 2015-ci ildə parkda baş verən insidentdən sonra illik ziyarətçi sayı 93.000-ə düşmüşdür.[1] Park baxımsız vəziyyəti düşmüş, attraksionlarının çoxu sınmış, bir çox tikilisi qapadılmışdır.[2] 2017-ci ilin yanvarında tamamilə bağlanmış və ərazisi Pooky adlı şirkətə satılmışdır.[3]
Parkda ferma heyvanlarına aid kiçik kolleksiya, daş sobalar, bağlar, qo-kart meydançası mövcud olmuşdur.[1]