Toju tuvalıları

Toju tuvalıları və ya Toju tuvalar (tuvaca: Тугалар Tugalar ya da Тухалар Tuhalar) – Rusiya Federasiyasının Tuva Respublikasının şimal-şərq bölgəsindəki Toju kojuununda yaşayan türk xalqlarından tuvalıların bir boyu.[3]

Toju tuvalıları
Ümumi sayı
4.442 (2002)[1]
Yaşadığı ərazilər
Rusiya 1,858[2]
Dili

Tuva dili

İrqi
türk
Dini

Tenqrizm, Tibet buddizmi

Tuvada ortalama 4000-dən çox saya sahibdirlər:

  • Kunqurtuq beldesi – 1785 nəfər
  • Adırkejik kəndi – 1096 nəfər
  • İy beldesi – 1077 nəfər
  • Sıstıq-Hem beldesi – 155 nəfər
  • Çazılar beldesi – 119 nəfər

Hal-hazırda Toju tuvalılarının yaşadığı Tovu kojuununda qədimdə Samoyed xalqları ilə Yenisey dillərini danışan xalqlar yaşayırdı və bunları bir qismi Tuva adı altında türkləşmişdir.

Toju tyvalılarının dili Sayan dil qrupunun Tayqa alt qrupuna aid Tuva dilinin şərq ləhcələri qrupuna aiddir. Onların dilləri İrkutsk oblastındakı tofalar ilə Monqolustandakı duxalar və Buryatiyadakı soyotların dillərinə yaxındır.

Toju tuvalıları ədəbiyyatının şifahi nümunələri arasında dastanlar, nağıllar, mahnılar, atalar sözləri və məsəllər vardır. Şerləri dəyişik növlərdədir. Tuva musiqisi epikdir.

Tovu tuvalıları digər qərb və mərkəzi tuvalıların əksinə tayqada yaşayırlar və burada şimal maralı təsərrüfatı ilə məşğul olurlar. Bununla yanaşı, ovçuluq, balıqçılıq və yabani bitki toplayıcılığı da edirlər. Toju tuvalılarının qadınları sarana adı verilən Türk zambağı soğanlarını da toplayırlar və bu toplama ailə başına 100 kq və ya da daha çox olur. Bu soğanları qurudub, dəri çanta içində mühafizə edirlər. Sibir sidri adı verilən şam ağacının qozalarını da toplayır. Tozağacı qabuğu istehsalı və dəri, gön işləmə evdə məşğul olunan sahələrdəndir. Ən çox məşğul olduqları peşələr arasında dəmirçilik və xarratlıq da vardır.

Toju tuvalılarının ənənəvi evi şam ağacı tipində çadırlardır və bunlar tozağacı qabuğu ilə əhatəli sırıqlara sığın maralının dərisinin örtülməsi ilə düzəldilir.

Yeni il (tuvaca: şagaa), keçə ticarəti festivalları, toy, ad günü mərasimi, saş kəsmə mərasimi və Lamaizm (Tibet buddizmi) adətləri ilə güləş, at yarışı kimi şənliklər Toju tuvalılarının bir yerə gəlib əyləndikləri hadisələrdəndirlər.

  • Chadamba, Z. B. Тоджинский диалект тувинского языка (Tuva dilinin Toju dialekti). Kızıl: Tuvknigoizdat, 1974
  • Вайнштейн 1961 – Вайнштейн С.И. Тувинцы-тоджинцы. Историко-этнографические очерки. - М., 1961.
  • Donahoe 2002 - Donahoe B. "Hey, You! Get offa my Taiga!" : comparing the sense of property rights among the Tofa and Tozhu-Tyva. – Halle/Saale: Max Planck Inst. for Social Anthropology Working Paper Series No. 38, 2002.
  • Donahoe 2004 - Donahoe B. A line in the Sayans: history and divergent perceptions of property among the Tozhu and Tofa of South Siberia. - Bloomington : Indiana University, 2004.
  • Donahoe 2006 - Donahoe B. Who owns the Taiga?: inclusive vs. exclusive senses of property among the Tozhu and Tofa of southern Siberia. - In Sibirica (5:1), 2006. - P.87-116.
  • Донахо 2008 – Донахо Б. Тувинцы-тоджинцы: очерк современной культуры // Тюркские народы Восточной Сибири / Отв. ред. Д.А. Функ, Н.А. Алексеев. М., 2008. С. 186-204.
  1. "Всероссийская перепись населения 2002 года". perepis2002.ru. 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2020.
  2. "Russian Census 2010: Population by ethnicity". gks.ru. 29 iyun 2020 tarixində arxivləşdirilib.
  3. "Тувинцы-тоджинцы". severcom.ru. 29 iyun 2020 tarixində arxivləşdirilib.