Tokio məscidi (東京ジャーミイ, Tōkyō-jāmii?) – Yaponiyanın paytaxtı Tokio şəhərinin Şibuya rayonunda, Oyama məhəlləsində yerləşən türk məscidi. Yaponiyadakı ən böyük məsciddir. Məscidin əsası Oktyabr inqilabı nəticəsində Rusiyadan gəlmiş başqırd və tatar immiqrantlar tərəfindən 12 may 1938-ci ildə qoyulmuşdur. Əbdürrəşif İbrahimov (həm də məscidin ilk imamı) və Məhəmməd Qabdulxay Qurbanqaliyevin başçılığı altında tikilmişdir.
Sünni İslam | |
Tokio məscidi | |
---|---|
yap. 東京ジャーミイ | |
Yerləşməsi | |
Ölkə | Yaponiya |
Şəhər | Tokio |
Yeri | Şibuya, Oyama |
Memarlıq | |
İnşa tarixi | 1938 |
Üslubu | Osmanlı memarlığı |
Minarələrin sayı | 1 |
Otaqların sahəsi | 1477 m² |
Hündürlüyü | 23,25 m[1], 41,48 m[1] |
Vəziyyəti | fəaliyyət göstərir |
|
|
Saytı | |
tokyocamii.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Məscid 12 may 1938-ci ildə istifadəyə verilib.[2] Məscid türk müsəlmanların və yerli yaponların dəstəyi hesabına tikilib. Açılış mərasimində Yəmən şahzadəsi, Səudiyyə Ərəbistanın Londonda olan və kral tərəfindən göndərilən səfiri, Misir kralı tərəfindən göndərilmiş səfir,[2] Mitsuru Toyama, general İvare Matsui, təhsil naziri,[3] Tokioda yaşayan yüzlərlə tatar müsəlmanlar və yaponlar iştirak ediblər.[2] Məscidin tikintisi üçün 120.000 yen toplanılıb[3] və bu məbləğin 20 mini Mitsubishi Bank prezidenti Kiyoşi Seşino tərəfindən verilib.[4] Karnesaburo Yamaşita məscidin ərazisi üçün 1,655 m2 torpaq bağışlayıb.[4] Tikinti işləri 1937-ci ilin oktyabrında Ivlorota Construction şirkəti tərəfindən başladılıb.[5]
1986-cı ildə məscid ağır vəziyyətinə görə sökülmüşdür. Türkiyə Dini Əlaqələr Direktorluğunun dəstəyi ilə 1998-ci ildə yenidən tikilməyə başlamışdır. Bu dəfə tikilinin memarı Muharrem Hilmi Senalp olmuşdur və Osmanlı dini memarlığına xas ornamentlərdən istifadə edilmişdir. Tikintidə 70-ə qədər türk sənətçi iştirak etmiş, mərmərin böyük miqdarı Türkiyədən gətirilmişdir. Tikinti 2000-ci ildə başa çatmış və 1,5 milyar yen sərf olmuşdur. Açılış mərasimi 30 iyun 2000-ci ildə baş tutmuşdur.[6]
Məscidin sahəsi 734 m² təşkil edir. Bir zirzəmi mərtəbəsi, üç yuxarı mərtəbəsi var, ümumilikdə isə otaqlarının sahəsi 1477 m²-dır. Əsas günbəz 23,25 hündürlüyündədir və 6 sütunla dəstəklənir. Minarəsi 41,48 metr hündürlüyündədir.[7]