Kobe məscidi (神戸モスク, Kōbe Mosque?) və ya Kobe Müsəlman Məscidi (神戸ムスリムモスク, Kōbe Muslim Mosque?) – 1935-ci ilin oktyabrında Hyoqo prefekturasının Kobe şəhərində açılmış məscid. Yaponiyadakı ilk məsciddir.[1] Məscid 1928-1935-ci illərdə Kobe İslam Komitəsi tərəfindən yığılmış ianələr hesabına tikilmişdir.[2] 1943-cü ildə Yaponiya İmperiya donanması tərəfindən müsadirə edilmişdir. Lakin bugünə kimi fəaliyyət göstərməyə davam edir. Məscid Kobenin əcnəbilərin üstünlük təşkil etdiyi Kitano rayonunda yerləşir. Bünövrə və quruluşunun hesabına 1945-ci ildə hava hücumlarına və 1995-ci ildə Böyük Hanşin zəlzələsinə tab gətirə bilmişdir. Məscid bir çox qədim qərb üslubunda tikilmiş tikililərin yerləşdiyi turistik ərazidə yerləşir.
İslam | |
Kobe məscidi | |
---|---|
yap. 神戸モスク | |
Yerləşməsi | |
Ölkə | Yaponiya |
Şəhər | Kobe |
Yeri | Kitano |
Memarlıq | |
Üslubu | Osmanlı memarlığı |
Minarələrin sayı | 2 |
Vəziyyəti | fəaliyyət göstərir |
|
|
Saytı | |
kobe-muslim-mosque.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Məscid Yaponiyadakı bir çox Qərb dini tikililərin müəllifi olmuş çex memar Yan Yosef Zvaqrın (1885–1969) layihəsi əsasında ənənəvi hind üslubunda tikilmişdir.