Tom və Cerri (41-ci seriya)

Sənin yumurtadan çıxan bəlan (ing. Hatch Up Your Troubles) — 14 may 1949-cu ildə çəkilmiş Tom və Cerri cizgi filminin seriyasıdır.

Tom və Cerri
ing. Hatch Up Your Troubles
Janr komediya
Rejissor
  • Vilyam Hanna[d]
  • Cozef Barbera[d]
Prodüser
Bəstəkarlar
  • Skott Bredli[d]
Studiya Metro-Goldwyn-Mayer
Ölkə
Dil ingilis dili
Seriyanın müddəti 8 dəq.
Rəng rəngli
Nümayiş 1949
Əvvəlki seriya Tom və Cerri
IMDb ID0041446

Cizgi filminin əvvəli ana ağcaqayının qısa müddət ərzində günorta yeməyi üçün yuvadan ayrılmasıyla başlayır. Yumurta yuvadan tullanaraq yerə düşür və hərəkət edərək Cerrinin siçan dəliyinin içinə girərək onun yatağına düşür. Cerri oyanıb yumurtanın yatağında olduğnu görür. Bu zaman yumurta qırılır. İçindən bala ağcaqayın çıxır. Bala ağcaqayın Cerrini grüncə, onu anası hesab edir. Gözəl və incə olmasına baxmayaraq acıdığından Cerrinin mebellərini dənləməyə başlayır.

Cerri ağcaqayını yuvasına aparır, amma o, Cerrini izləyərək dəliyinə geri dönür. Sonda Cerri ağcaqayının geri dönməsini istəyor və onu intizamsızlığına görə çölə buraxır. Ağcaqayın ümidsizliyə qapılaraq ətrafı gəzməyi başlayır. Tom uzun sul olan "Şezlonq" a oturan zaman ağcaqayın şezlonqun ayağını bir az dənləyir. Tom əsəbiləşir və ağcaqayının üzərinə içkisini tökür. Bu zaman ağcaqayın şezlonqun hər bir ayağını dənləyir və Tom hərəkətsiz vəziyyətdə yerində qalır.

Tom ağcaqayını tutan zaman ağcaqayın "Mama! Mama! Mama! Mama!" adlı sözləri çıxırmağa başlayır. Cerri siçan dəliyindən çıxır və onun yanına gələrək Tomun işinə müdaxilə edir. Cerri Tomu dırmıqla dayandırır. Bu zaman Tom dırmığı əlinə alaraq Cerrin tələyə salır. Ağcaqayın dırmığı dənləyir və Cerri qaçmağı bacarır. Onları izləyən Tom dırmığı Cerriyə və ağcaqayına atır, amma ağcaqayın onu tez dənləyərək dırmığı kiçik sapa çevirir. Tom ağcaqayını udmağa çalışan zaman ağcaqayın onun mədəsini və sonunda dişlərini dənləyərək çölə çıxır. Ardlnca Tom ağcaqayını əliylə tutur və şüşə göbələyiylə dimdiyini bağlayır. Ağcaqayın onu dənləsə də işinə yaramır. Sonra Tom ağcaqayənə teleqraf dirəyinə bağlayır. Lakin ağcaqayın teleqraf dirəyini dənləyir və həmin dirək Tomun başı üzərinə düşür.

Bu zaman ana ağcaqayın peyda olur. Körpə ağcaqayın onu anası olduğunu anlayır və anasına doğru gedir. Cerri qəmgin olsa da, onunla dost olaraq qalır. Ağcaqayınlar uçan zaman bala ağcaqayın Cerrinin yanına geri gələrək, ona öpür və təkrar uçaraq yoluna davam edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]