Tomares Desinens

Tomares desinens (lat. Tomares desinens) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinin tomares cinsinə aid heyvan növü. Azərbaycanın endemik canlısıdır.

{{{latin}}}
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Triba:
Cins:
Növ:
Tomares desinens
Beynəlxalq elmi adı

Açılış tarixi və etimalogiyası[redaktə | mənbəni redaktə et]

10 may 1971-ci ildə azərbaycanlı və sovet entomoloqu Rüstəm Məmməd-Əmin Əffəndi (1934–1991) Talış dağlarında Tomares cinsinə aid olan kəpənək cinsi aşkarlayır. Bu canlılar Tomares callimachusCallophrys suaveola kəpənəkləri ilə birlikdə Onobrychis cornuta bitkisinin çiçəkləri üzərində uçurdular. Əffəndi ilk əvvək 10 dişi və 2 erkəkdən ibarət ekzemplyar aşkarlayır. Sonradan altı dəfə eyni əraziyə səfərlər təşkil edilsə də yeni fərdlər aşkarlanmır. Bu səbəbdən növə "Yoxa çıxmış" ləqəbi adı verilir.

Görünüşü[redaktə | mənbəni redaktə et]

Ön qanadlarının uzunluğu 11–13 mm olur. Qanadların önü tünd-qəhvəyi olur və orta nahiyəsi tünd qırmızı olur. Özünəməxsus rəng çalarları onu digər Tomares cinsinə daxil kəpənəklərdən fərqləndirir.

Arealı[redaktə | mənbəni redaktə et]

Azərbaycan, Talış dağları, Zuvand, Gilli dərə kəndi. Hündürlüyü 1700–1900 m olan yüksəkliklər arasında yayılmışlar.

Biologiyası[redaktə | mənbəni redaktə et]

İl ərzində bir nəsil verir. Tırtılları iyun ayında Onobrychis cornuta bitkisinin yarpaqları ilə qidalanır. Pup şəklində qışlayır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]