Romanov tomaresi (lat. Tomares romanovi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinin tomares cinsinə aid heyvan növü. Cənubi Qafqaz subendemikidir.
Romanov tomaresi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: Yarımdəstə: Klad: Klad: Klad: İnfradəstə: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Romanov tomaresi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Qanadları açıq halda 30-34 mm ölçüdə olan kiçik kəpənəkdir. Ön və arxa qanadlar üzərində qırmızı ləkə vardır. Alt tərəfdə isə bu ləkə narıncı rəngdədir. Dişilərdə arxa qanadların alt tərəfi yaşıl, erkəklərdə isə mavidir.
Cənubi Ermənistan, cənub-qərbi Gürcüstan, Türkmənistan (Kopetdağ), Azərbaycanda – Naxçıvan MR, Altıağac.
Kserofil bitkilər olan iri yarğanlar və çox da dərin olmayan dərələr yaşayış yerləridir. Kəpənəklər mayda və iyunun əvvəllərində uçur. Tırtıllar iyunda birillik gəvənin yarpaqları ilə qidalanır. Pup mərhələsində qışlayır. İldə bir nəsil verir.
R.Əffəndi tərəfindən Naxçıvan MR ərazisində 4, Altıağacda 5 kəpənəyi qeydə alınmışdır.
Kəpənəklərin təbii məhdudlaşdırıcı amilləri sırasına yırtıcı milçəklər – ktırlar daxildir. Həvəskar kolleksiyaçılar tərəfindən tutulması da kəpənəyin sayına təsir edir.
Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxildir.
Kəpənəyin yaşayış yerləri qorunmalı, kəpənəklərin tutulmasinin qadağan edilməsi.