Tomas Ettvud (iqtisadçı)

Tomas Ettvud (ing. Thomas Attwood; 6 oktyabr 1783[1], Heylsoven[d], Uest-Midlends[d]6 mart 1856[2][1], Böyük Malvern[d], Vusterşir[d]) — ingilis iqtisadçı və siyasətçi.[3]

Tomas Ettvud
ing. Thomas Attwood
Doğum tarixi 6 oktyabr 1783(1783-10-06)[1]
Doğum yeri
Vəfat tarixi 6 mart 1856(1856-03-06)[2][1] (72 yaşında)
Vəfat yeri
Fəaliyyəti iqtisadçı, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Tomas Etttvud 6 oktyabr 1783-cü ildə İngiltərənin Halesouen şəhərində dünyaya gəlmişdir. Əvvəlcə Halesouen Dil Məktəbinə getmiş, ardınca isə təhsilini Vulverhempton Dil Məktəbində davam ettirmişdir. 12 may 1806-cı ildə Elizabet Karles ilə ailə qurmuşdur.[4]

Əmək fəaliyyətinə 1800-cü ildə atasının Birminhemdəki bankında başlamışdır.[3] 1830-cu ildə Birminhem Siyasi İttifaqını yaratmışdır. Sözügedən siyasi təşkilat, Biminhem və ətrafında aktiv siyasi kampaniyalar apararaq, "İslahat Aktı"nın qəbul edilməsi istiqamətində ardıcıl fəaliyyət göstərmişdir.[5] 1832-ci ildə "İslahat Aktı"nın qəbuluna müyəssər olmuş və aktın ehtiva etdiyi seçki maddəsindən yararlanaraq Birminhemdən parlamentə seçilmişdir.

1856-cı ildə Malvern, Uorçesterşirdə vəfat etmişdir.[4]

  1. 1 2 3 4 Thomas Attwood // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 "Arxivlənmiş surət". 2022-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
  4. 1 2 "en.wiki.Thomas Attwood". 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
  5. "parliament.co.uk". 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.