Tomoqrafiya (q.yun. τομή - bölmək, ayırmaq və γράφω - yazıram) — obyektin daxili strukturunun qatlar şəklində təsvirinin əldə edilməsi.
Anatomik və ya dağıdıcı tomoqrafiya (biotomiya) tədqiq olunan orqanizmin hissələrinin kimyəvi maddələrdən istifadə edərək sonrakı fiksasiyası ilə fiziki kəsiminə əsaslanır. Anatomik tomoqrafiyanın klassik nümunələri Piroqov kəsimləri və histoloji preparatların təsvirləridir. Kəsimlər həyata keçirilərkən orqanizmin formasını qorumaq üçün orqanizm, məsələn, dondurulmaq yolu ilə fikasasiya olunur.
Rekonstruktiv və ya qeyri-dağıdıcı tomoqrafiya — obyekti məhv etmədən onun aşağı ölçülü proyeksiyalarından daha yüksək ölçülü obyektdə maraq parametrinin paylanması haqqında bu və ya digər şəkildə məlumat əldə etmək; anatomik tomoqrafiyanın antonimidir. Konsepsiyanın əhatə dairəsinə analoq rekonstruktiv tomoqrafiya və kompüter tomoqrafiyası daxildir.
Analoq rekonstruktiv tomoqrafiya — obyekt parametrinin paylanmasını bərpa etmək üçün rəqəmsal deyil, analoq hesablama cihazlarından (məsələn, optik) istifadə edən rekonstruktiv tomoqrafiyadır.