Tomoya Takaişi

Tomoya Takaişi (高石 ともや, Takaişi Tomoya?, 9 dekabr 194117 avqust 2024) və ya doğum adı ilə Tomoya Şiriişi (高石 友也?)Yaponiya xalq müğənnisi.

Tomoya Takaişi
yap. 高石ともや
Ümumi məlumatlar
Doğum tarixi 9 dekabr 1941(1941-12-09)
Vəfat tarixi 17 avqust 2024(2024-08-17) (83 yaşında)
Musiqiçi məlumatları
Fəaliyyəti bancoist[d], müğənni-mahnı yazarı
Fəaliyyət illəri 1966-cı ildən
Janr xalq mahnısı
Təhsili
  • Rikkyo Universiteti[d]
tees.ne.jp/~isawada/inde…

1941-ci ildə Yaponiyanın Hokkaydo prefekturasında doğulmuşdur. Tokioda yerləşən Rikkyo Universitetində təhsil alarkən 1966-cı ildə Kansay regionuna səfər etmiş və Osaka işçilərinin musiqi şurası konsertində ifa etmişdir. O, Yaponiyanı səyahət edərək tələbə və işçi aksiyalarında oxumuşdur. Vyetnam müharibəsinə qarşı olan "Beheyren" təşkilatının əsas üzvləri Makoto OdaŞunsuke Tsurumi, eləcə də, yazıçı Takeşi Kayko ilə dost olmuşdur.[1]

Takaişi 1968-ci ildə "Jukensei Blues" sinqlını buraxmışdır. Mahnı böyük uğur qazanmış və 900.000-dən çox nüsxəsi satılmışdır. O, 1971-ci ildə Cunci Şirota və digərləri ilə "The Natarsher Seven" qrupunu qurmuşdur. Kansay regionunun aparıcı xalq müğənnilərindən olan Takaişi 1973-cü ildə Rokusuke Ey və digərləri ilə birlikdə Kiotoda Yoyyoiyama konserti ənənəvi tədbirinin əsasını qoymuşdur. Tədbir 2011-ci ilə qədər davam etmişdir. Takaişi 2022-ci ilə qədər 47 dəfə il sonu konserti keçirmişdir.[1]

Tomoya Takaişi 17 avqust 2024-cü ildə 82 yaşında xəstəlikdən ölmüşdür. Vida mərasimi Kiotoda keçirilmişdir.[1]

  1. 1 2 3 "Japanese folk singer Tomoya Takaishi dies at 82". The Mainichi (ingiliscə). 19 avqust 2024. İstifadə tarixi: 15 oktyabr 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]