Tonkin körfəzi olayı

Tonkin körfəzi olayı (vyet. Sự kiện Vịnh Bắc Bộ; ing. Gulf of Tonkin incident) və ya USS Maddox olayı (ing. USS Maddox incident) — ABŞ-ni Vyetnam müharibəsinə cəlb edən beynəlxalq hərbi qarşıdurma. Qarşıdurma iki toqquşmadan ibarət idi: biri həqiqi, o biri isə iddia olan uydurma.

Tonkin körfəzi olayı
Vyetnam müharibəsi
USS Maddox gəmisindən alınan Şimali Vyetnamın torpeda gəmilərin şəkili
USS Maddox gəmisindən alınan Şimali Vyetnamın torpeda gəmilərin şəkili
Tarix 2 avqust 1964
Yeri Tonkin körfəzi
Nəticəsi Tonkin körfəzi qətnaməsi, Vyetnam müharibəsinin eskalasiyası
Münaqişə tərəfləri

ABŞ ABŞ

Vyetnam Demokratik Respublikası

Komandan(lar)

Corc S. Morrison
Con C. Herrik

Le Duy Xoai [1]

Tərəflərin qüvvəsi

Dəniz:
1 aviadaşıyıcı,
1 eskadra minadaşıyıcı
Hava:
4 təyyatə[2]

3 torpeda gəmisi

İtkilər

1 eskadra minadaşıyıcı yüngül zərər çəkib
1 təyyarə yüngül zərər çəkib

1 torpeda gəmisi ağır zərər çəkib
2 torpeda gəmisi orta dərəcəli zərər çəkib
4 adam ölüb
6 adam yaralanıb

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birinci Hindçin müharibəsinin sonunda, Fransa ilə Vyetnamlılar arasında olan əleyhdarlığına son qoymaq üçün Cenevrə konfransı (1954) yığılıb. ABŞ da onda iştrak edib, fəqət, Cenevrə akkordlarını (1954) imzalamağdan imtina etmişdi. 1961-ci ildə Cənubi Vyetnamın prezidenti, No Din Diem, əhalisinin bəzi hissələrdən, o cümlədən onun katolik tərəfdarlarının hakimiyyətinə qarşı olan buddistlər tərəfindən narzılıqlarnan üzləşib.[3]

1963-cü ildə Cənubi Vyetnam hökumətinə qarşı buddist etirazları artıq beynəlxalq diqqəti cəlb edib. Bu il ABŞ-nin regionda kommunizm cilovlaması planı üçün pis il idi. Vyetkon (və ya Cənubi Vyetnamım Azadolma Milli Cəbhəsi) üzvlərinin sayı artırdı, korrupsiya problemləri olan Cənubi Vyetnam hərbi qüvvələri isə ona qarşı qeyri-effektiv idi.[4]

1964-cü ilin iyulunda Şimali Vyetnama kəşfiyyat qrupları daxil edən Cənubi Vyetnamın təxribatçı dəstələri ilə aviadesant və Şimali Vyetnamın buna cavablarına görə Şimali Vyetnamın məhəlli suların boyunca vəziyyət qaynar hala yaxın idi.[5]

USS Maddox

Avqustun 4-ünün gecəsi Pentaqonda iş yerində gəmidən ismarıcları alan Daniel Elsberq məlumat verir ki, gəmi sirrli elektron hərbi dəstək tədbiri (ESM) missiyası (kod adı DESOTO) çərçivəsində Şimali Vyetnamın məhəlli sularında olub.[6] 1964-cü ilin iyulun 31-i USS Maddox Tonkin körfəzində kəşfiyyatı toplama missiyasını başlayıb. Flaqman olan USS Bon Homme Richard gəmisində olan kapitan Con Stiven Morrison yerli ABŞ qoşunlarının başçısı idi. Maddox üçün əmr verilib ki, Şimali Vyetnamın sahilinə səkkiz mil (13 km), Hon Nieu adasından isə dörd mildən (6 km) daha yaxın üzməsin.[7]

1964-cü ilin iyulun 30-u Cənubi Vyetnam təxribatçı dəstələri Hon Me adasında yerləşən Şimali Vyetnamın radar stansiyasına hücum ediblər. Tarixçi Robert C. Hanyok fikrinə görə, qarşıdurmanı başlayan Cənubi Vyetnamlı təxtibatçı dəstələrin Maddox ilə yaxınlıqda adalarına və özəlliklə Hon Meyə hücumları idi, ona baxmıyaraq ki Maddox o dəstələrin hücumlarında iştrak eləmirdi. Maddox iyulun 31-də bu şəraitdə Şimali Vyetnamın sahilində patrullarını başlayıb, Hon Me adasının bir neçə mil yaxınlığında üzürdü.

P 4 torpeda gəmisi (Şimali Vyetnam tərəfindən işlənilən gəmiyə oxşar nümunə)
F-8 Crusader

Avqustun 1-də Şimali Vyetnam patrul qayıqları artıq Maddox gəmisini izləyirdilər. Radio şəbəkəsi ilə bir neçə ələ geçirilmiş söhbət göstərib ki, onlar hücuma hazırlaşırdılar. Maddox geri çəkilib. Halbuki, avqustun 2-də, maksimum sürəti 28 düyün olan Maddox patrula qayıdıb. O zaman, Şimali Vyetnamın maksimum sürətləri 50 düyün olan üç P 4 torpeda gəmisi onun ardınca üzməyə başlayıblar. Gəmilər cənub-qərbdən yaxınlaşan kimi Maddox kursunu şimal-şəqdən cənub-şərqinə dəyişib, sürətini 25 düyünə qədər artıb. Avqustun 2-nin axşamında torpeda gəmiləri yaxınlaşanda, Maddox üç dəfə xəbərdarlıq atəşi açıb. Bundan sonra, Şimali Vyetnam gəmiləri hücum ediblər.[5] Maddox radio şəbəkə ilə xəbər verib ki, ona 10 dəniz mili (19 km) uzaqlıqdan yaxınlaşan, özü, Şimali Vyetnam sahilindən 28 dəniz mili (52 km) uzaqlıqda, yəni neytral sularında yerləşərkən, hücum olunub. Maddox-dan gələn məlumata görə, o, torpeda hücumudan yayınıb, 127 mm silahları ilə atəş açıb və beləliklə torpeda gəmilər geri çəkilməyə başlayıblar. Şimali Vyetnam gəmilərin ikisi 5 dəniz mili (9,3 km) yaxınlığdan hərəsi bir torpeda vurdular, halbuki ikisidə hədəfə dəyməyib. Başqa P 4 gəmisinin torpedası işləməyib və Maddox onu 5 düyməlik (12,7 sm) mərmi ilə vurub.[8] Xəbərdarlıq atəşindən 15 dəqiqə sonra, ABŞ Hərbi Donanmasının dörd Vought F-8 Crusader təyyarəsi USS Ticonderoga aviadaşıyıcıdan uçub, geri çəkilən P 4 gəmilərinə hücum edib.[5]

Birinci hücum həm bir sıra ABŞ araşdırmaçı, həm də Vyetnam tərəfindən fakt kimi tanınır. Məsələn, Şimali Vyetnam sabiq Müdafiə Naziri, Vo Nuen Zəp[9] və Vyetnamın rəsmi hərbi tarixi[10] tərəfindən, bu fakt tanınır.

İddia olunan ikinci hücum

[redaktə | mənbəni redaktə et]

Avqustun 4-də hidrolokasiya sistemi verən məlumatının edilən yanlış təfsiri əsasında ikinci hücum haqqında xəbər yayılıb.[11] Bu xəbərin doğru olmasının təsdiqi olmayıb və tezliklə, ikinci hücumun baş vermədiyinin sübut olunub.[12]

  1. Moïse, 1996. səh. 78.
  2. Moïse, 1996. səh. 82.
  3. Doyle, Edward; Lipsman, Samuel, Weiss, Stephen. Passing the Torch. Boston: Boston Publishing Company. 1981. ISBN 0-939526-01-8., pp. 145-148
  4. Leahey, Christopher. Whitewashing War: Historical Myth, Corporate Textbooks, and Possibilities for Democratic Education. New York and London: Teachers College Press. 2010., p. 46
  5. 1 2 3 Robert J. Hanyok, "Skunks, Bogies, Silent Hounds, and the Flying Fish: The Gulf of Tonkin Mystery, 2–4 August 1964" Arxiv surəti 31 yanvar 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 31 yanvar 2016 at the Wayback Machine, Cryptologic Quarterly, Winter 2000/Spring 2001 Edition, Vol. 19, No. 4 / Vol. 20, No. 1.
  6. Polmar, Norman "The U. S. Navy Electronic Warfare (Part 1)" United States Naval Institute Proceedings October 1979 p.138
  7. "The Pentagon Papers, Gravel Edition, Volume 3, Chapter 2, "Military Pressures Against North Vietnam, February 1964 – January 1965," second section". March 2, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 12, 2006.
  8. Pentagon Papers, Part IV. C. 2. b. Arxiv surəti 9 avqust 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib avqust 9, 2013, at the Wayback Machine, "Evolution of the War. Military Pressures Against NVN." July–October 1964, National Archives Identifier no. 5890500
  9. McNamara asks Giap: What happened in Tonkin Gulf? Arxiv surəti 6 mart 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-03-06 at the Wayback Machine
  10. Victory in Vietnam: The Official History of the People’s Army of Vietnam, 1954—1975. University Press of Kansas. 2002. 132.
  11. Miller, Edward. The Vietnam War: A Documentary Reader. Wiley Blackwell. 2016. səh. 103. ISBN 978-1405196789.
  12. Appy, Chirstian B. Patriots: The Vietnam War Remembered from All Sides. Penguin Books. ISBN 978-0142004494.