Toqanbay Kaumbayev (qaz. Тоғанбай Қауынбаев) (20.03.1922, Çimkorqan kəndi, Qızılqum rayonu. Cənubi Qazaxıstan vilayəti, Türkistan MSSR — 11.07.2014 Çimkənd, Qazaxıstan) — Böyük Vətən müharibəsində Qızıl Ordunun Mərkəzi Cəbhəsinin 65-ci Ordusunun 69-cu Qırmızı Bayraqlı Sevsk Atıcı Diviziyasının 20-ci ayrı kəşfiyyat bölüyünün komandiri, baş leytenant. 1943-cü ildə döyüşlərdə göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Toqanbay Kaumbayev | |
---|---|
qaz. Тоғанбай Қауынбаев | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 mart 1922 |
Vəfat tarixi | 11 iyul 2014 (92 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | SSRİ |
Qoşun növü | Hərbi Hava Qüvvələri |
Xidmət illəri | 1942—1946 |
Rütbəsi | baş leytenant |
Döyüşlər |
İkinci Dünya müharibəsi Dnepr döyüşü |
Təltifləri |
|
Toqanbay Kaumbayev 20 mart 1922-ci ildə Cənubi Qazaxıstan vilayətinin Qızılqum rayonunun Çimkorqan kəndində kəndli ailəsində anadan olub. Milliyətcə qazaxdır.
Toqanbay 6 sinif bitimiş, sovxozda çoban işləmişdir.
Kaumbayev 1942-ci ilin yanvarında Qazaxıstan SSR Cənubi Qazaxıstan vilayətinin Qızılqum rayon hərbi komissarı tərəfindən orduya çağırılmışdır. 1942-ci ilin aprelindən Toqanbay cəbhəyə göndərilmişdir. Kaumbayev 1944-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü seçilmişdir.
Toqanbay Kaumbayev Qızıl ordunun Mərkəzi Cəbhəsinin 65-ci ordusunun 69-cu atıcı Sevsk diviziyasının 20-ci ayrıca kəşfiyyat bölüyünün komandiri olmuş və çavuş rütbəsini daşımışdır. 1944-cü ildə Kaumbayev kiçik leytenantlar kurslarını bitirmişdir.
O, 1946-cı ildə ordudan ehtiyata baş leytenant rütbəsində buraxılmışdır. Kaunbayev 1948-ci ildə Almatı hüquq məktəbini bitirmişdir. 1962-ci ildə isə o, Sovet partiya məktəbində təhsil almışdır.
Toqanbay Kaumbayev uzun müddət Qazaxıstanın Çimkənd vilayətindəki Şardara sovxozunda hidrotexnik mühəndis işləmişdir.
Sovet İttifaqı Kommunist Partiyasının Cənubi Qazaxıstan regional komitəsinin üzvü olmuşdur.[1].
Toqanbay Kaumbayev 11 iyul 2014-cü ildə Çimkənd şəhərində 92 yaşında vəfat etmişdir.
20-ci ayrıca kəşfiyyat taborunun (69-cu atıcı diviziyası, 65-ci ordu, Mərkəzi Cəbhə) serjantı və bölük komandiri, komsomolçu Toqanbay Kaumbayev, 15 oktyabr 1943-cü ildə bir qrup kəşfiyyatçı ilə Belarusun Qomel bölgəsi, Loevski rayonunun şəhər tipli qəsəbəsi olan Loevun cənubunda Dnepr çayını keçdi. Kaumbayevin rəhbərlik etdiyi bölük Dneprin sağ sahilində mövqe ələ keçirmiş və möhkəmlənmişdir. O və döyüşçüləri Qızıl ordu sağ sahilə desant çıxarana qədər mövqeni əllərində saxlayaraq, xeyli sayda düşmən məhv etmişdir.[2]
Onun bu qəhrəmanlığı layiqincə qiymətləndirilmişdir. Belə ki, alman işğalçılarına qarşı mübarizədə cəbhədə komandanlığın döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə və eyni zamanda göstərilən cəsarət və qəhrəmanlığa görə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 30 oktyabr 1943-cü il tarixli fərmanı ilə Çavuş Toqanbay Kaumbayev, Lenin ordeni və Qızıl Ulduz medalı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.[2]