Torişima adası (yap. 鳥島) — vulkan məşəlli ada, İzu adalarına qrupuna dazildir. İnzibati cəhətdən Tokio perfekturasına daxildir. Tokiodan cənubda yerləşir. Fudzi-Hakone-İdzu milli parkı ərazisinə daxildir. Adada yaşayış yoxdur (2012).
Torişima adası | |
---|---|
yap. 鳥島 | |
Ümumi məlumatlar | |
Sahəsi | 4,79 km² |
Uzunluğu |
|
Eni | 2,7 km |
Sahil uzunluğu | 6,5 km |
Hündür nöqtəsi | 394 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
30°28′48″ şm. e. 140°18′22″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada yapoon balıqçılarına Torişima adı ilə tanınırdı. Bu Edo dövrünətəsadüf edir. Rus xəritələrində isə ada «Üç Təpə adası» adı ilə tanınırdı. Onu ilk dəfə rus dənizçisi Zaxar İvanoviç Ponafidin 1819—1820 illər səyahəti zamanı[1] xəritəyə salmışdır. Bir müddət sonra ada İvan Fyofroviç Kruzenşetrn tərəfindən onu ilk kəşf edənin şərəfinə adlandırılmışdır. Adada yaşayış Nakaxama Manjiro və onun dörd yoldaşı balıq tutarkən qayıqları qayalara çırpılmış və onlar adda qalmalı olmuşlar. Onları amerikan balina ovu həyata keçirən «Cob Xaulend» gəmisi xilas etmişdir. Bu gəminin kapitanı Ulyam Uitfild olmuşdur. Bir müddət sonra yazışı Akira Yoşimira araşdırma zamanı 15 qəza faktı müəyyən etmişdir. Meydzi dövründə adada əhali yerləşdirilmişdir. Buradan Quano toplanılırdı. Burada ağkürək albatroslar yuva qururdular. 1898-ci ildə Torişima Bonin adalarına daxil edilir. 1901-ci ildə isə Hatidzyoşima adalarına daxil olur. 1902-ci ildə adada yaşayan 150 nəfər vulkan püskürməsi nəticəsində həlak olmuşdur[2]. Ondan sonra adada daimi yaşayış yoxdur. Hazırda inzibatı baxımdan Tokio paytaxt dairəsinə daxzildir.
1930-cu illərdə ada ilə Yamaşina Ornitolojy instutu maraqlanmağa başlayır. 1933-cü ildə adada cəmi 50 baş ağkürək albatros müəyən edilir. 1947-ci ildə Yaponiya meteorologiya agentliyi adada stansiya təşkil edir. 1 noyabr 1950-ci ildə ada quş yasaqlığı elan edilir. 10 may 1965-ci ildə isə quş yasaqlığına çevrilir. Adaya ancaq alimlər buraxılır. Üstəlik ada ətrafında güçlü dalğalar və təbii buxtaların olmaması səbəbində bura yan almaq çətindir.Alımlər adaya adətən helikopterlə gəlirlər.
Ada Filippin dənizində yerləşir. Tokio ilə arasında məsafə 600 km-dir. Adadan 76 km şimalda isə Sofu qayası yerləşir. Ada dairəvi formaya malikdir. Su altı vulkanın konusunu təşkl edir. Sonuncu püskürmə və seysmiklik 2002-ci ildə müşahidə edilməmişdir. Yaponiya meteoroloji agentliyinə görə pulkanın aktivliyi «А» sinfinə aiddir[3]. Adanın ən hündür nöqtəsi İodzan dağıdır (394 m). Sahil xəttinin uzunluğu 6,5 km, sahəsi isə 4,79 km²-dir.